Xordi Huklun (İspaniya) başçılıq etdiyi AŞ PA nümayəndə heyəti sentyabrın 21-22-də Azərbaycana səfər edəcək. Bu barədə Trend AŞ PA-nın saytına istinadən məlumat verir. Məlumatda deyilir ki, nümayəndə heyətinin üzvləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın gedişini qiymətləndirəcəklər.
Nümayəndə heyəti parlamentin spikeri, Azərbaycanın siyasi partiyalarının, eləcə də parlamentdə təmsil olunmamış müxalif partiyaların liderləri və nümayəndələri ilə görüşlər keçirəcək.
AŞ PA nümayəndə heyəti səfərin yekunu üzrə bəyanat verəcək. Nümayəndə heyətinin tərkibinə, həmçinin Frank Şvabe (Almaniya), Aleksandr Nikolski (Makedoniya), Egemen Bağış (Türkiyə) və AŞ PA-nın Monitorinq komitəsinin həmməruzəçisi Aqustin Konde daxil olacaq.

Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrıldığını elan edir. Trend-in məlumatına görə, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. APA-nın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək dahi bəstəkarın ömür yolundan və yaradıcılığından söz açıb. Bildirib ki, bu gün görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur.
