Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri – saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur. Bu barədə “APA-Economics”ə “Bakl Metropoliteni” QCS-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir. Davamı

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh edib. APA-nın məlumatına görə, Ə. Həsənov “AZƏRTAC”a bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir: “Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb.
“Bu gün Avropa Parlamenti Azərbaycanla bağlı qəbul etdiyi qərəzli və sifarişli qətnaməsi ilə ölkəmizə münasibətdə özünün ikiüzlü mahiyyətini bir daha nümayiş etdirmiş oldu”.
Bu gün Avropa Parlamenti (AP) Azərbaycanla bağlı qətnamə qəbul edib. APA-nın xəbərinə görə, qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs verib, 72 nəfər bitərəf qalıb. Qətnamədə parlamentarlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar.
