Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir:
“Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Bu günlər ölkəmizin möminləri tərəfindən dini ayinlər yerinə yetirilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur… Davamı

Şair Məmməd Aslan dünyasını dəyişdi
ATƏT-in Parlament Assambleyası Azərbaycanda parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina edib. Bu barədə ATƏT PA prezidenti İlkka Kanerva bildirib. Xəbər assambleyanın saytında yerləşdirilmiş məlumatda yer alır. Kanerva ötən həftə ATƏT PA-nın daimi komitəsinin iclasında bildirib ki, bu addım Azərbaycana öz müşahidəçilərini göndərməkdən imtina edən ATƏT DTİHB-nin qərarına uyğun olaraq qəbul edilib.
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə birinci iclası keçirilib. APA-nın məlumatına görə, prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd edib.
“AŞPA seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün çoxlu sayda beynəlxalq təşkilatlara, o cümlədən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilən dəvətləri alqışlayır”. APA-nın məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyətinin bəyanatında deyilir… 
