Bakıda ötən gündən etibarən keçirilən NATO Parlament Assambleyasının (PA) seminarında iştirak edən Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub. APA-nın məlumatına görə, bu, NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarının bu gün davam edən ikinci günündə bildirilib. Seminarın bu gün davam edən hissəsində əvvəlcə söz alaraq çıxış edən Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan seminarın gündəliyindən kənara çıxaraq, birbaşa Azərbaycanı ittiham etməyə başlayıb. O, son 7 ildə Azərbaycanın hərbi büdcəsinin 20 dəfə artdığını bildirərək, bunu regionda real təhdid kimi təqdim edib və qurumdan buna sərt reaksiya verməyi tələb edib. Davamı
NATO PA-nın Bakıda keçirilən seminarında Serj Sarkisyan regionun bir nömrəli terrorçusu adlandırılıb
17.06.2014


