Bu gün Azərbaycanın ilk qadın-bəstəkarı, uşaq mahnılarının yaradıcısı Ağabacı Rzayevanın məşhur “Kukla” mahnısının əvəzsiz ifaçısı, hazırda Bakı Musiqi Kollecinin müəllimi, bəstəkar Zabitə xanım Məmmədovanın doğum günüdür. Gənc nəslin mükəmməl və hərtərəfli inkişafı, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasına dair “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin uğurla həyata keçirdiyi layihələrində fəal iştirak edən Zabitə xanım hər zaman işgüzarlığı, təvazökarlığı, uşaq musiqisinin inkişafı sahəsində dönüş etmək arzusu ilə seçilir.
Gözəl musiqi əsərləri ilə gündəmdə qalan bəstəkarın fəaliyyətinin əsas xəttini uşaq mahnıları təşkil edir. Zabitə Məmmədova “Rəssam olacağam mən” mahnısını ötən il ELS-ın həyata keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinə təqdim etmiş və Münsiflər Heyətinin yekdil rəyi ilə 2-ci yerə layiq görülmüşdür. Yeri gəlmişkən, bütün qalib mahnıları meneviservetimiz.az saytında dinləyə bilərsiniz.

İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində aidiyyati dövlət strukturlarının təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin təqdimatı keçirilmişdir.
Bu gün cəmiyyətdə haqlı olaraq uşaq ədəbiyyatına nə üçün marağın az olması sualına cavab axtarılır.Artıq 4 ilə yaxındır ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzininhəyata keçırdiyi bütün layihələrində gənclərinvətəndaş cəmiyyətinin kamil və layiqli üzvləri kimi formalaşması məsələsi prioritet təşkil edir. Bu məsələdə mədəniyyət və incəsənətin rolunun danılmaz olduğunu əsas götürən Mərkəzin apardığı araşdırmalar uşaqların mədəni inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən musiqi əsərləri, ölkə telekanallarında yayımlanan uşaq verilişləri, habelə bilik mənbəyi olan, dünyagörüşünü genişləndirən, söz ehtiyatını artıran və sair imkanlara malik kitab mütaliəsi sahəsində vəziyyətin ürəkaçan olmadığını üzə çıxarmışdır. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova digər mütəxəssislərlə yanaşı “Kaspi” qəzetinə verdiyi açıqlamasında məsələyəaydınlıq gətirməyə çalışıb. Məqaləni olduğu kimi təqdim edirik: 
