“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İçəri Şəhərdə bir sıra tədbirlər təşkil olunacaq. İdarədən APA-ya verilən məlumata görə, bu gün 16:00-da “Arxeoloji Park”da “DA-ART” uşaq təsviri incəsənət mərkəzinin tələbələrinin müəllifləri olduqları foto, rəsm və digər əl işlərindən ibarət “Tarix uşaqlarımızın gözü ilə” adlı sərgi təşkil ediləcək. Sərgi zamanı uşaqlar müxtəlif tətbiqi-sənət nümunələrini əyani şəkildə hazırlayacaq və arzu edən şəxslərə qısa “master klass”lar keçəcəklər. Tədbir Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdlərinin və 160 saylı klassik gimnaziyanın özfəaliyyət kollektivlərinin musiqili çıxışı ilə müşayiət olunacaq. Davamı
Daily Archives: 05/31/2012
Azərbaycan hakimiyyəti QHT-in fəaliyyətinə müdaxilə etmir
Azərbaycan hakimiyyəti qeyri-hökümət təşkilatlarını özünün partnyoru hesab edir. 1news.az saytının məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının dəstəyilə təşkil olunmuş “Vətəndaş cəmiyyətinin inkişafında QHT-in rolu” adlı konfransda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib. “Son illər QHT-lər ilə hökümət strukturları arasındakı münasibətlər böyük inkişaf yolu keçmışdir. Azərbaycan rəhbərliyi QHT-rə dəstək konsepsiyasını qəbul edib Azərbaycan Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasını yaratdıqdan sonra bir çox xaricdəki təşkilatlar və dairələr buna paxıllıqla yanaşdı və Azərbaycan hakimiyyətinin qeyri-hökümət təşkilatlarını nəzarət altında saxlayıb onların azad fəaliyyətinə mane olacağına işarə edirdilər” – deyə, dövlət rəsmisi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda belə bir siyasət həyata keçirilmir və ötən müddət Azərbaycan hakimiyyətinin qeyri-hökümət sektorunun fəaliyyətinə müdaxilə etmədiyini göstərib. Davamı


