İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçiriləcək

Iceri_sheher“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İçəri Şəhərdə bir sıra tədbirlər təşkil olunacaq. İdarədən APA-ya verilən məlumata görə, bu gün 16:00-da “Arxeoloji Park”da “DA-ART” uşaq təsviri incəsənət mərkəzinin tələbələrinin müəllifləri olduqları foto, rəsm və digər əl işlərindən ibarət “Tarix uşaqlarımızın gözü ilə” adlı sərgi təşkil ediləcək. Sərgi zamanı uşaqlar müxtəlif tətbiqi-sənət nümunələrini əyani şəkildə hazırlayacaq və arzu edən şəxslərə qısa “master klass”lar keçəcəklər. Tədbir Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdlərinin və 160 saylı klassik gimnaziyanın özfəaliyyət kollektivlərinin musiqili çıxışı ilə müşayiət olunacaq.

İyunun 1-i isə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birlikdə Qoşa Qala Qapısı meydanında “Yay Xeyriyyə Bazarı” adlı xeyriyyə tədbiri keçiriləcək. Xeyriyyə bazarında bəzək əşyaları, suvenirlər və müxtəlif əl işləri satışa çıxarılacaq. Toplanılacaq gəlir isə xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Yay Camp” düşərgəsinin təşkil olunmasına sərf olunacaqdır.

Bununla yanaşı iyunun 1-i Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi, Numizmatika ekspozisiyasına və “Qala” qoruğuna giriş uşaqlar üçün ödənişsiz olacaqdır.

31.05.2012