Halbuki gənc nəslin əxlaqi-mədəni tərbiyələndirilməsinə ən böyük zərbəni elə milli telekanallarımızın yayımladığı verilişlər vurur
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində ölkədə uşaq televiziyasının açılmasının mümkün olub-olmamasına münasibət bildirib: “Gələcəkdə zərurət yaranacaqsa, biz bunu edəcəyik. Son 5 ildə Azərbaycanda 4 ümumrespublika yayımçısı olan kanal açılıb. Bu, kiçik rəqəm deyil. Biz istərdik ölkədə uşaq televiziyası da olsun. Amma bunun üçün yetərincə imkan varmı? İndi o potensial yoxdur. Əgər dövlət bunu öz öhdəsinə götürərsə, biz bunu çox həvəslə edərik. Amma biz tender elan edib uşaq televiziyasını adi bir həvəskara verə bilmərik. Bu, çox ciddi məsələdir. Biz gərək buna hazırlıqlı olaq”. Davamı
Mİlli Televiziya və Radio Şurası ölkədə Uşaq Televiyasının açılmasına bu gün zərurət görmür?!
18.05.2012


