Azərbaycan hakimiyyəti QHT-in fəaliyyətinə müdaxilə etmir

Ali_HasanovAzərbaycan hakimiyyəti qeyri-hökümət təşkilatlarını özünün partnyoru hesab edir. 1news.az saytının məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının dəstəyilə təşkil olunmuş “Vətəndaş cəmiyyətinin inkişafında QHT-in rolu” adlı konfransda Prezident Administrasiyasının ictimai-siyasi  şöbəsinin müdiri Əli Həsənov bəyan edib. “Son illər QHT-lər ilə hökümət strukturları arasındakı münasibətlər böyük inkişaf yolu keçmışdir. Azərbaycan rəhbərliyi QHT-rə dəstək konsepsiyasını qəbul edib Azərbaycan Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasını yaratdıqdan sonra bir çox xaricdəki təşkilatlar və dairələr buna paxıllıqla yanaşdı və Azərbaycan hakimiyyətinin qeyri-hökümət təşkilatlarını nəzarət altında saxlayıb onların azad fəaliyyətinə mane olacağına işarə edirdilər” – deyə, dövlət rəsmisi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda belə bir siyasət həyata keçirilmir və ötən müddət Azərbaycan hakimiyyətinin qeyri-hökümət sektorunun fəaliyyətinə müdaxilə etmədiyini göstərib.

31.05.2012