«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən sentyabrın 11-də İsmayıllı, Qəbələ, Oğuz rayonları ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində təmsil olunacaq intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. 11 sentyabrda İsmayıllı və Oğuzdan olan intervüer və supervayzerlər üçün təlim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) regional ofisində baş tutub. Burada təlim iştirakçılarına seçki günü «Exit-poll» keçirəcək intervüer və supervayzerlərin görəcəyi işlər, funksiya və vəzifələri açıqlanıb. Təlimçi eyni zamanda iştirakçılara mövcud sənədlər barədə ətraflı məlumat veriblər. Treninq zamanı iştirakçılar təlimçiyə qarşılaşacaqları problemlər barədə suallar ünvanlayıblar. Onların bütün sualları ətraflı cavablandırılıb. Davamı
Monthly Archives: September 2008
Sumqayıtda keçirilən treninqdə 40 intervüer və 4 supervayzer iştirak edib
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 13-də Sumqayıt şəhərində bu ərazidə yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində işləyəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil edib. Təlim presesi günün müxtəlif vaxtlarında 4 qrupda həyata keçirilib və iştirakçılara «Exit-poll»un keçirilməsinin zəruriliyi haqqında məlumat verilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafınv Yardım Assosiasiyasının (AVCİYA) Sumqayıt filialının ofisində baş tutan treninqə 40 intervüer və 4 supervayzer qatılıb. Burada intervüer və supervayzerlərə seçki günü «Exit-poll»a düşən məntəqələrdə onların üzrəni düşən vəzifələr və funksiyalar diqqətə çatdırılıb. «Exit-poll» zamanı qarşıya çıxacaq problemlər zamanı hansı addımların atılmasının zəruriliyi treninqin təlimçisi tərəfindən açıqlanıb. Eyni zamanda təlim prosesində mövcud anket və sorğu vərəqələrinin formaları göstərlib və sənədlərlə işləmə mexanizmi haqqında ətraflı məlumat verilib. Təlim prosesi zamanı «Exit-poll»u aparacaq iştirakçılar başa düşülməyən məqamlarda təlimçiyə ünvanladıqları suallar ətraflı cavablandırılıb. Həmçinin təlim prosesinə qatılmayan iştirakçılar ehtiyat qrup hesabına tamamlanıb və iştirakçıların yekun siyahısı müəyyənləşdirilib. Davamı
Dəvəçi və Xızı rayonlarında təlimlərin birinci mərhələsi başa çatıb
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 19-da Dəvəçi rayonunda və Xızı rayonunun Şurabad qəsəbəsində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. Treninqlərin birinci mərhələsində keçirilinə təlimdə iştirak edən intervüer və supervayzerlərə funksiya və vəzifələri izah edilib. Davamı
İntervüer və supervayzerlərin hazırlıq işi Göyçay və Kürdəmirdə davam etdirilib
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən sentyabrın 12 və 13-də Göyçay və Kürdəmirdə 15 oktaybr prezident seçkilərində «Exit-poll» keçirəcək intervüer və supervayzerlər treninqdə iştirak edib. Sentyabrın 12-də Göyçay rayonunda keçirilən treninqdə eyni zamanda Ağdaş, Ucar, Zərdab rayonlarının intervüer və supervayzerləri də cəlb olunub… Bu treninqdə iştirak edən intervüer və supervayzerlər seçki günü atacağı addımlar, funksiya və vəzifələri izah edilib. Treninq zamanı iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Təlimçilər tərəfindən müvafiq sənədlər treninq iştirakçılarına göstərilib və ondan istifadə qaydaları izah olunub. Davamı
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Salyan və Neftçalada treninqlər keçirib
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 13-də Salyan və Neftçala şəhərlərində «Exit-poll»da iştirak edəcək intervüer və supervayzerlər üçün treninqlər keçirib. İlkin olaraq Salyanda rayon ərazisində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək 12 intervüer, 3 supervayzer və 4 nəfər ehtiyat kimi nəzərdə tutulanlar treninqə cəlb edilib. Buradakı təlimlərə təlimçi kimi Nəzirməmməd Quliyev qatılıb. Eyni zamanda treninqdə «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova da iştirak edib. Təlim zamanı Salyan rayonu üzrə intervüer və supervayzerlərə funksiyaları və vəzifələri izah edilib. Həmçinin onlara mövcud anket və sorğu vərəqələrinin formaları təqdim olunub. Treninqdə «Exit-poll» iştirakçılarının yekun siyahısı və dislokasiyası müəyyənləşib və sonda iştirakçıların sualları cavablandırılıb. Davamı


