«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 12-dən 16-dək Bakıda və Abşeron rayonunda prezident seçkisi günü dairə və məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər treninqlərə cəlb olunub. Ayrı-ayrı vaxtlarda keçirilən təlimlərdə Bakının Yasamal, Səbail, Binəqədi, Sabunçu, Nizami, Nəsimi, Əzizbəyov və Nərimanov rayonunda seçki günü məntəqələrdə «exitpoll» keçirəcək şəxslər işitrak edib. Bu təlimlərdə intervüer və supervayzerlərə funksiya və vəzifələri izah edilib. Eyni zamanda iştirakçılar seçki günü «Exit-poll» zamanı istifadə olunacaq müvafiq sənədlərlə tanış olublar. Onlara bu sənədlərin doldurulma qaydaları haqqında ətraflı məlumatlandırılıblar. Təlimlərin sonunda iştirakçıları maraqlandıran sualları təlimçilər cavablandırıblar. Davamı
Monthly Archives: September 2008
Lənkəran rayonunda keçirilən treninqlərin 1-ci mərhələsindən fotomateriallar
Lənkəran və Lerikdə intervüer və supervayzerlər treninqdə iştirak edib
Sentyabrın 13 və 14-də «ELS» Müstəqil Araşdırmalar Mərkəzi Lənkəran və Lerik rayonlarında oktyabrın 15-də keçiriləcək prezident seçkilərində «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlər keçirib. Seminarın birinci günü Lənkəran rayonunda keçirilən treninqdə xeyli sayda intervüer və supervayzer iştirak edib. Müxtəlif səbəblərdən treninqdə iştirak etməyən 7 nəfərə ertəsi gün, Lerik rayonunda keçirilən seminar başa çatdıqdan sonra yenidən Lənkərana qayıdan təlimçilər tərəfindən təlim keçilib. Qeyd edək ki, Lənkəranda baş tutan bu seminarda ATƏT nümayəndələri Xose Luis Menendez və Botagöz Əbilova yaxından iştirak ediblər. Beynəlxalq təşkilatın təmsilçiləri təlim prosesini diqqətlə izlədikdən sonra təlimçilərə suallar ünvanlayıblar. Sentyabrın 14-də isə təlimçilər Lerik rayonunda olublar. Onlar burada «Exit-poll» da iştirak edəcək intervüer və supervayzerlər üçün seminar təşkil edilib. Burada seminarda iştirak edənlərə təlimçilər tərəfindən seçki günü onların görəcəyi işlər barədə məlumatlar verilib və onları maraqlandıran sualları cavablandırıblar. Xatırladaq ki, Lənkəran və Lerik rayonları üzrə intervüer və supervayzerlər üçün treninqlər keçirilməsi davam etdiriləcək. Davamı


