İntervüer və supervayzerlərin hazırlıq işi Göyçay və Kürdəmirdə davam etdirilib

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən sentyabrın 12 və 13-də  Göyçay və Kürdəmirdə 15 oktaybr prezident seçkilərində «Exit-poll» keçirəcək intervüer və supervayzerlər treninqdə iştirak edib. Sentyabrın 12-də Göyçay rayonunda keçirilən treninqdə eyni zamanda Ağdaş, Ucar, Zərdab rayonlarının intervüer və supervayzerləri də cəlb olunub… Bu treninqdə iştirak edən intervüer və supervayzerlər seçki günü atacağı addımlar, funksiya və vəzifələri izah edilib. Treninq zamanı iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Təlimçilər tərəfindən müvafiq sənədlər treninq iştirakçılarına göstərilib və ondan istifadə qaydaları izah olunub.

Sentyabrın 13-də Kürdəmir rayon ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələri üzrə təmsil olunan intervüer və supervayzerlər treninqdə iştirak edib. Burada da 15 oktyabr prezident seçkiləri günü «Exit-poll» da iştirak edəcək intervüer və supervayzerlərə təlimçilər tərəfindən vəzifələri açıqlanıb. Eyni zamanda təlim prosesində mövcud anket və sorğu vərəqələrinin formaları intervüer və supervayzerlərin diqqətin çatdırılıb, istifadə qaydaları göstərilib. Treninqin sonunda təlimçilər iştirakçıların suallarını cavablandırıblar.

27.09.2008