Daily Archives: 09/17/2008

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Bakıda və Abşeron rayonunda treninq keçirib

b5«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 12-dən 16-dək Bakıda və Abşeron rayonunda prezident seçkisi günü dairə və məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər  treninqlərə cəlb olunub. Ayrı-ayrı vaxtlarda keçirilən təlimlərdə Bakının Yasamal, Səbail, Binəqədi, Sabunçu, Nizami, Nəsimi, Əzizbəyov və Nərimanov rayonunda seçki günü məntəqələrdə «exitpoll» keçirəcək şəxslər işitrak edib. Bu təlimlərdə intervüer və supervayzerlərə funksiya və vəzifələri izah edilib. Eyni zamanda iştirakçılar seçki günü «Exit-poll» zamanı istifadə olunacaq müvafiq sənədlərlə tanış olublar. Onlara bu sənədlərin doldurulma qaydaları haqqında ətraflı məlumatlandırılıblar. Təlimlərin sonunda iştirakçıları maraqlandıran sualları təlimçilər cavablandırıblar. Davamı

17.09.2008