Bölmə: Slide

Prezident İlham Əliyev “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib

Ilham Eliyev Imzalanma 130510Prezident İlham Əliyev “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Səhiyyə Nazirliyinə həvalə edilib. Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

14.06.2014

Oqtay Zülfüqarovun 85 yaşı təntənəli şəraitdə qeyd olunub

Oqtay-Zulfuqarov85Ötən gün Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, Azərbaycanın xalq artisti Oqtay Zülfüqarovun yubiley gecəsi keçirilmişdir. Gecənin qonaqları konsertdən əvvəl Filarmoniyanın foyesində bəstəkarın həyat və yaradıcılığından bəhs edən fotəsərgi ilə tanış oldular. Davamı

7.06.2014

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Radionun canlı yayımında

Irada_Yaubova-itv_radioMayın 20-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova İctimai Radionun “Yeni gün” Musiqi-informasiya proqramının qonağı olub. Verilişdə söhbət uşaq mahnıları, onların dünəni, bu günü və sabahı haqqında gedib, həmçinin “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin uğurla həyata keçirdiyi və cəmiyyətdə maraqla qarşılandığı “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin mahnıları, o cümlədən qalib mahnılar səsləndirilib.

Bir saat davam edən canlı yayım zamanı İradə Yaqubova dinləyicilərin suallarını cavablandırmış və təşkilatın 2014-cü ildə start verdiyi layihələr haqqında ətraflı məlumat vermişdir.

İctimai Radionu dinlə

20.05.2014

Elxan Süleymanov: “Antiazərbaycan qüvvələri ölkəmizə qarşı kampaniyalarını genişləndirir”

Elxan-suleymanov“Azərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may tarixi ərəfəsində bir sıra ənənəvi antiazərbaycan mövqeli təşkilatların ölkəmizə qarşı kampaniyaları yenidən geniş vüsət alıb. Bu təşkilatlar arasında əvvəllər olduğu kimi indi də Avropa Sabitlik Təşəbbüsü, Freedom House, Human Rights Watch və digərləri xüsusi canfəşanlıqları ilə seçilirlər”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Azərbaycanın AVRONEST PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.  Davamı

13.05.2014

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyişin vaxtı çatıb

james_warlick_051113_02ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vaşinqtonda Karneqi Mərkəzində “Dağlıq Qarabağ: həll yolları” adlı məruzə ilə çıxış edib. O, “Twitter” səhifəsində əvvəllər qeyd edib ki, məruzənin müddəaları onun şəxsi nöqteyi-nəzərini yox, ABŞ-ın siyasi xəttini əks etdirir. Uorlik çıxışında bildirib ki, tərəflər o nöqtəyə gəliblər ki, indi onların mövqeyi gələcək fəaliyyət barəsində bir-birindən uzaq deyil. Davamı

8.05.2014