Bölmə: Slide

Azərbaycan təmsilçisi Dilarə Kazımova “Eurovision-2014” mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb

Eurovision-2014-DilareBu gecə Danimarkanın paytaxtı Kopenhagenin “B and V” arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib. APA-nın məlumatına görə, “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra “Eurovision-2013” mahnı müsabiqəsinin qalibi olmuş Emmelie de Forest ona qələbə qazandıran “Only teardrops” mahnısını uşaqlarla birgə təqdim edib. Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdiriblər. Davamı

7.05.2014

XİN Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb

bayraqlarAzərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi dövründə əsas prioritetləri korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikulturalizm, təhsil, xüsusən insan hüquqları sahəsində təhsil məsələləridir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib. Davamı

6.05.2014

Azərbaycan prezidentinin oğlu: “Atam dərslərimlə hər gün maraqlanır”

Eliyev_Heyder“Universitetlə məktəbin fərqi çox böyükdür. Xeyli vaxtdır, burada oxuyuram, dərslər maraqlıdır. Mən imtahan verib, bura daxil olanda da ingilis dilini bilirdim. Burada isə bütün biliklərimi daha da möhkəmləndirmək istəyirəm. İndi ingilis dilini daha yüksək səviyyədə bilirəm. Gələcəkdə daha maraqlı dərslər olacaq”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev I kurs tələbəsi olduğu ADA Universitetindəki təhsilindən danışarkən deyib. Davamı

28.04.2014

Azərbaycan Prezidenti “Şərq tərəfdaşlığı” sammitində Serj Sarkisyana tutarlı cavab verib

Ilham-Eliyev-cixishAprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit keçirilib. APA-nın məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da plenar iclasın mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırım” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Davamı

25.04.2014

Yevlaxda “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib

1397823048Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) həyata keçirdiyi “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində AVCİYA-nın “Sərsəng harayı” mövzusunda elan etdiyi rəsm müsabiqəsinə təqdim edilmiş rəsmlərdən ibarət sərgiyə baxmışlar. Davamı

19.04.2014