
Bu gün Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi xeyriyyəçiliyi, yüksək mədəniyyəti, insansevərliyi və gözəlliyi ilə seçilən Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir və Azərbaycanın birinci xanımına möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar, sülh və əminamanlıq arzulayır.

İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində aidiyyati dövlət strukturlarının təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin təqdimatı keçirilmişdir.
Bu gün cəmiyyətdə haqlı olaraq uşaq ədəbiyyatına nə üçün marağın az olması sualına cavab axtarılır.Artıq 4 ilə yaxındır ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzininhəyata keçırdiyi bütün layihələrində gənclərinvətəndaş cəmiyyətinin kamil və layiqli üzvləri kimi formalaşması məsələsi prioritet təşkil edir. Bu məsələdə mədəniyyət və incəsənətin rolunun danılmaz olduğunu əsas götürən Mərkəzin apardığı araşdırmalar uşaqların mədəni inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən musiqi əsərləri, ölkə telekanallarında yayımlanan uşaq verilişləri, habelə bilik mənbəyi olan, dünyagörüşünü genişləndirən, söz ehtiyatını artıran və sair imkanlara malik kitab mütaliəsi sahəsində vəziyyətin ürəkaçan olmadığını üzə çıxarmışdır. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova digər mütəxəssislərlə yanaşı “Kaspi” qəzetinə verdiyi açıqlamasında məsələyəaydınlıq gətirməyə çalışıb. Məqaləni olduğu kimi təqdim edirik:
Prezident İlham Əliyev xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda deyilir ki, son illər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatları güclənmiş, ictimai maraqların təmin olunmasında onların rolu xeyli artıb.
Bakıda ötən gündən etibarən keçirilən NATO Parlament Assambleyasının (PA) seminarında iştirak edən Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub. APA-nın məlumatına görə, bu, NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarının bu gün davam edən ikinci günündə bildirilib. Seminarın bu gün davam edən hissəsində əvvəlcə söz alaraq çıxış edən Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan seminarın gündəliyindən kənara çıxaraq, birbaşa Azərbaycanı ittiham etməyə başlayıb. O, son 7 ildə Azərbaycanın hərbi büdcəsinin 20 dəfə artdığını bildirərək, bunu regionda real təhdid kimi təqdim edib və qurumdan buna sərt reaksiya verməyi tələb edib. 
