“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 85 supervayzer, 600 intervüerin iştirakı ilə ölkə ərazisindəki 118 seçki dairəsinin 300 məntəqəsinin çıxışında həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı uğurla davam edir. Yerlərdən əldə etdiyimiz məlumatlara əsasən seçicilər sorğuda həvəslə iştirak edir, anonim şəkildə anketlərdəki sualları cavablandırırlar. Bu hal daha çox regionlarda nəzərə çarpır. Əvvəlki “Ekzit-poll” tədqiqatlarında olduğu kimi bu dəfə də Bakı seçiciləri ilə müqayisədə regionlarda yaşayanlar “Ekzit-poll” da daha fəal şəkildə iştirak edirlər. FOTOQALEREYA Davamı
Bölmə: Slide
“Ekzit-poll” – 10:00
Aprelin 11-də saat 8:00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 118 seçki dairəsinin 300 məntəqəsində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Saat 10.00 olan məlumata görə, “ekzit-poll”da seçicilərin 17,73%-i iştirak edib. FOTOQALEREYA Davamı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll” tədqiqatına başlayıb
Bu gün, aprelin 11-də ölkə ərazisində Prezident seçkiləri keçirilir. Saat 8:00-dan etibarən “ELS”Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 118 seçki dairəsinin 300 məntəqəsinin “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Davamı
Bu gün Azərbaycanda prezident seçkiləridir
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. APA-nın məlumatına görə, bu il fevralın 5-də prezident İlham Əliyev Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda bildirilib ki, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Fevralın 6-da MSK-nın qərarına əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib. Davamı
ELS “Ekzit-poll” tədqiqatına hazırdır
Son hazırlıq işləri başa çatdı
Aprelin 10-da ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən Seçki Qərargahında 2018-ci il prezident seçkiləri zamanı “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində son təlimlər keçirilmişdir. FOTOQALEREYA Davamı


