Oktyabrın 16-da mədən sənayesində çalışan mütəxəssislərdən dərhal sonra təlimlər “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələr üçün keçirilib. Ekspertlərin iştirakı ilə “Azərbaycanın milli standartlaşdırma sisteminin əsasları” mövzusu müzakirəyə çıxarılıb. Davamı
Bölmə: Slide
Allah rəhmət eləsin!
Oktyabrın 15-də yazıçı, publisist, dramaturq, jurnalist, esseist Yusif Abbas oğlu Kərimov vəfat edib. Uzun illər ədəbi yaradıcılığı jurnalistlik fəaliyyətilə paralel davam etdirmiş Yusif Kərimov bir sıra hekayə, povest və romanları ilə də tanınıb, ədəbi-bədii prosesin seçilmiş nümayəndələrindən birinə çevrilib. Onun zəngin ədəbi-publisistik irsi ədəbiyyatımızın və jurnalistikamızın xəzinəsndə özünə layiqli yer tutur. Davamı
Heydər Əliyev Mərkəzində dünyada məşhur “Turetski xoru” qrupunun konserti keçirilib
Oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib. Anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub. Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib. FOTOQALEREYA Davamı
Prezident İlham Əliyev: “Azerspace-2” peykinin orbitə çıxarılması Azərbaycanın böyük qələbəsidir
“Azerspace-2” peykinin orbitə çıxarılması Azərbaycanın böyük qələbəsidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. Davamı
Təhsil naziri: Son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslər müəllim peşəsinə gəlir
Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar müəllimlərə ünvanladığı müraciətində bildirib. Davamı