Yeni uşaq mahnılarının ikinci seçim turu başa çatdı

29.10.2013Oktyabrın 29-da “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin ikinci seçim turu başa çatıb. Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013”  Ümumrespublika Müsabiqəsinin münsiflər heyəti 73 mahnıdan ikinci tura keçən 37 mahnını yenidən dinləyib və müzakirələrdən sonra növbəti mərhələyə 24 mahnını keçirib. Noyabrın 1-də keçiriləcək növbəti mərhələdə gizli səsvermə nəticəsində finala yalnız 10 mahnının çıxacağı nəzərdə tutulub.

Xatırladaq ki, münsiflər heyəti incəsənət xadimlərindən, o cümlədən Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və Mehriban Əhmədova, şairlər Baba Vəziroğlu, Vahid Əziz, professor Minarə Dadaşova, Musiqi Kollecinin direktoru Nazim Kazımov, rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, yazıçı Gülzar İbrahimova və layihənin rəhbəri İradə Yaqubovadan ibarətdir.

30.10.2013