“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərinə start verdi. “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edəcək.
Bölmə: Layihələr
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi treninqlər keçirir
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Sentyabrın 23-də “ELS”-ın ofisində təşkilatın rəhbəri İradə Yaqubova təlimçilər üçün treninq keçirib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll” tədqiqatına start verib

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatınınkeçirilməsini planlaşdırır. Artıq təşkilat tədqiqatl ilə bağlı tələb olunan sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Azərbaycan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası sentyabrın 29-a kimi həmin sənədlərə baxıb qərar qəbul edəcək.
DİQQƏT! DİQQƏT!
ELS Müstəqil Araşdırmalar Mərkəzi
“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika müsabiqəsini
elan edir.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilər.
Müsabiqəyə təqdim olunan mahnılar uşaqların
gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və sair mənəvi keyfiyyətləri
əhatə etməlidir. Davamı
“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə start verildi
İyulun 2-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə iyunun 1-dən həyata keçirilən layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatını keçirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak edirdi. Davamı


