Səslər hesablandı, qalib mahnılar müəyyənləşdi…

05.11.2013

Noyabrın 5-də “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin münsiflər heyətinin Bakı Musiqi Akademiyasının səsyazma studiyasında üç həftə davam edən gərgin fəaliyyəti başa çatdı. Səslər hesablandı, qalib mahnılar müəyyənləşdi. Qalib mahnıların adları “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin yekun qala-konsertində açıqlanacaq.

5.11.2013