Bölmə: 2013

Mərkəzi Seçki Komissiyası “ELS”-i qeydiyyatdan keçirdi

25.09.2013.Sentyabrın 25-də Mərkəzi Seçki Komissiyasının növbəti iclasında (MSK) “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi “ekzit-poll” keçirmək üçün qeydə alınıb. MSK-nın sədr müavini Natiq Məmmədov “ELS”-ın Azərbaycanda keçirilən seçkilərdə 6 dəfə “exit poll” həyata keçirdiyini və bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu bildirib. N.Məmmədov onu da əlavə edib ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll”u 1100 nəfərlə həyata keçirəcək. Davamı

26.09.2013

“ELS” Bakıda treninqlərə start verdi

24.09.2013“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərinə start verdi. “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edəcək.

Davamı

25.09.2013

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi treninqlər keçirir

24.09.13“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Sentyabrın 23-də “ELS”-ın ofisində təşkilatın rəhbəri İradə Yaqubova təlimçilər üçün treninq keçirib.

Davamı

24.09.2013

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll” tədqiqatına start verib

Secki-Ekzitpoll2013

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatınınkeçirilməsini planlaşdırır. Artıq təşkilat tədqiqatl ilə bağlı tələb olunan sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Azərbaycan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası sentyabrın 29-a kimi həmin sənədlərə baxıb qərar qəbul edəcək.

Davamı

17.09.2013