Bölmə: 2013

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll” keçirir

elsBu gün, oktyabrın 9-da səhər saat 8-dən etibarən “ELS”Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 5175 seçki məntəqəsinin 400-də “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Tədqiqatda “ELS”-in treninqlərində “Ekzit-poll”un keçirilmə qaydalarına yiyələnmiş 1100 nəfər supervayzer və intervüer iştirak edir. Davamı

9.10.2013

“ELS”-ın sonuncu treninqi başa çatdı

resize of dsc00053Oktyabrın 6-da “Ambassador Hotel”-də telefon operatorları və kompüter mütəxəssisləri üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı sonuncu treninqini başa çatdırdı. üçün təşkil olunan təlimdən görüntülər Davamı

6.10.2013

“ELS”regionlarda treninqləri başa çatdırdı

02.10.2013“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı bölgələrdə (Naxçıvan istisna olunmaqla) supervayzer və intervüerlər üçün keçirdiyi treninqləri oktyabrın 1-də başa çatdırıb.  Davamı

2.10.2013

“ELS”Bakı treninqlərini başa çatdırdı

27.09.2013“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərini başa çatdırıb. “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edib. Hazırda Azərbaycanın bütün dairələrində (Naxçıvan istisna olunmaqla) keçirilən treninqlər oktyabrın 1-də başa çatacaq. Davamı

28.09.2013

MSK açıq səsvermə yolu ilə hər üç təşkilatın müraciətini qəbul edib.

Secki-Ekzitpoll2013MSK katibi Arifə Muxtarova Cəmil Həsənlinin MSK-dakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən komissiyaya müraciət daxil olduğunu söyləyib. Onun sözlərinə görə, müraciətdə deyilir ki, Azərbaycan telekanalları Seçki Məcəlləsinin tələblərini pozaraq prezidentliyə namizədlərin təbliğatını aparır: “Müraciət daxil olandan sonra seçki mütəxəssisləri tərəfindən araşdırılıb və heç bir nöqsan aşkar olunmadığı üçün müraciət ərizəsi geri qaytarılıb”.
Məsələ MSK-da səsə qoyulub və müraciət qəbul edilməyib. Davamı

28.09.2013