Bölmə: 2013

DİQQƏT! DİQQƏT!

ELS Müstəqil Araşdırmalar Mərkəzi 
“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika müsabiqəsini 
elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan mahnılar uşaqların
gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və sair mənəvi keyfiyyətləri
əhatə etməlidir. Davamı

15.07.2013

“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə start verildi

r-17İyulun 2-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə iyunun 1-dən həyata keçirilən layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatını keçirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak edirdi. Davamı

2.07.2013

“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə start verilir

detki“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 02 iyul 2013-cü il tarixində saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində (ünvan: Mətbuat prospekti, 23) “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatının keçirilməsini planlaşdırır. Azərbaycanın tarixində ilk dəfə keçiriləcək Müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırılır. Davamı

1.07.2013

ELS yeni layihənin təqdimatını keçirtdi

08.06.2013İyunun 7-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə cari ilin iyunun 1-dənhəyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinin təqdimatını keçirmişdir.

Davamı

8.06.2013

ELS yeni layihəyə start verdi

els1 iyun 2013-cü il tarixindən “ELS – Müstəqil Araşdırmalar Mərkəzi” AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinə başlayır. Layihə çərçivəsində uşaq mahnılarının bəstələnməsi müsabiqəsinin keçirilməsi planlaşdırılır. Məqsəd yetişən nəslin mədəni və mənəvi cəhətdən hərtərəfli inkişaf etmiş, yüksək vətəndaş şüurlu cəmiyyət üzvü kimi formalaşmasında önəmli rol oynayan uşaq mahnılarının yazılmasına müasir bəstəkarların marağını oyatmaq, gənc bəstəkarları cəlb etmək, müasir dövrə həmahəng və bu günkü uşaqlara maraqlı olan uşaq mahnılarının yaradılmasına təkan verməkdir. Davamı

1.06.2013