Bölmə: Vətəndaş cəmiyyəti gələcəyimiz naminə 2011

Ekoloji Parkda Beynəlxalq Sülh Günü qeyd olunub

parkELS Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Xəzər rayonunun Qala kəndindəki Ekoloji Parka səfər turu təşkil edib. Beynəlxalq Sülh Gününün qeyd olunması məqsədilə təşkil olunan səfər turunda Bakı şəhərinin 1 və 2 saylı uşaq evlərinin şagirdləri, UNESCO, UNİCEF, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Mədəniyyət və Turizm Nazirlikləri nümayəndələri də iştirak ediblər. İlk olaraq Ekoloji Park haqqında şagirdlərə ətraflı məlumat verilib. Parkla tanışlıqdan sonra isə ağac əkmə mərasimi keçirilib. Şagirdlər parkın əvvəlcədən hazırlanmış ərazisində 30-a yaxın müxtəlif növ ağac əkiblər. Daha sonra tədbir parkda fəaliyyət göstərən “Eko-Mərkəz”in akt zalında davam etdirilib. Davamı

24.09.2011

Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri

1“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2011-ci ilin yanvar ayında ictimai əsaslarla start verdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin növbəti mərhələsində 2011-ci il 24 may tarixində «Caspian Plaza» Biznes mərkəzinin konfrans zalında “Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.

press-reliz-az-24-05-2011

press-reliz-ru-24-05-2011 Davamı

24.05.2011

Ölkə başçısına müraciət təqdim olundu

06.11.2014“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində fevralın 11-də keçirilmiş “Gənc nəclin formalaşmasında incəsənətin rolu: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masada qəbul olunan Müraciət aprelin 6-da Prezident İlham Əliyevə təqdim olundu. Müraciət rəsmi qurumlar, təşkilatların təmsilçiləri, tanınmış incəsənət xadimləri tərəfindən imzalanmışdır.

Müraciət

6.04.2011

“Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin ilk təqdimatı keçirildi

dsc06456

Fevralın 11-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ilin yanvar ayından ictimai əsaslarla keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin ilk təqdimatını keçirmişdir. Layihənin məqsədi, gənc nəslin mükəmməl və hərtərəfli inkişafına, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasında dəstək olmaqdır.

kiv 

press-reliz-az-11-02-2011

press-reliz-ru-11-02-2011 Davamı

11.02.2011