“Donuz qripi haqqında nə bilirik?” mövzusunda keçirilən rəy sorğusunun nəticələri

A/H1N1, və ya “Donuz qripi” – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni virusun “pandemiya potensialına” malik olduğunu bildirərək 6 mövcud təhlükə dərəcəsindən beşincisini ona verib. ÜST-da təşvişi yaradan üç faktor olub ki, bu da insanların heyvan mənşəli virusa yoluxması, xəstəliyin coğrafi cəhətdən yayılması və virusa yoluxanların yaş kateqoriyalarına görə qeyri-adi paylanmasıdır.

A/H1N1, və ya “Donuz qripi” – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni virusun “pandemiya potensialına” malik olduğunu bildirərək 6 mövcud təhlükə dərəcəsindən beşincisini ona verib. ÜST-da təşvişi yaradan üç faktor olub ki, bu da insanların heyvan mənşəli virusa yoluxması, xəstəliyin coğrafi cəhətdən yayılması və virusa yoluxanların yaş kateqoriyalarına görə qeyri-adi paylanmasıdır.

Belə ki, həmişə qripə daha tez yoluxan uşaq və qocalar olurdusa, Meksika alimlərinin verdiyi məlumata görə donuz qripindən vəfat edən insanların çoxu cavanlardır. ÜST-ı Komitəsinin təşkil etdiyi iclasda bütün yoluxma hallarında əvvəllər nə insanlarda, nə də donuzlarda rast gəlinməyən, lakin insanların yoluxmasına pandemik meylli olan heyvan virusunun yeni ştampını aşkar etmişdir.A/H1N1, və ya “Donuz qripi” – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni virusun “pandemiya potensialına” malik olduğunu bildirərək 6 mövcud təhlükə dərəcəsindən beşincisini ona verib. ÜST-da təşvişi yaradan üç faktor olub ki, bu da insanların heyvan mənşəli virusa yoluxması, xəstəliyin coğrafi cəhətdən yayılması və virusa yoluxanların yaş kateqoriyalarına görə qeyri-adi paylanmasıdır. Belə ki, həmişə qripə daha tez yoluxan uşaq və qocalar olurdusa, Meksika alimlərinin verdiyi məlumata görə donuz qripindən vəfat edən insanların çoxu cavanlardır. ÜST-ı Komitəsinin təşkil etdiyi iclasda bütün yoluxma hallarında əvvəllər nə insanlarda, nə də donuzlarda rast gəlinməyən, lakin insanların yoluxmasına pandemik meylli olan heyvan virusunun yeni ştampını aşkar etmişdir.

Beləliklə, cəmiyyət son on il ərzində növbəti təhlükəli yolxucu xəstəliklə üzləşdi. Quş qripi, inək quduzluğu, donuz qripi – bu sıranı həyat özü müəyyən edəcək. Lakin əgər keçən yüzillikdə “ispanka” qripindən müxtəlif məlumatlara görə 50 mln. insan vəfat etmişdirsə, bu gün tibb elminin nailiyyətləri, informasiya kommunikasiya sistemlərinin inkişafı, məlumatlandırma və maarifləndirmə imkanlarının yüksək səviyyədə olması hadisələrin acınılacaqlı nəticələrə gətirməməsinə inam yaradır.
Bunu ÜST-ın artıq A/H1N1 kimi adlandırdığı virusdan vəfat edənlərin sayının 200 nəfəri keçməməyi təsdiq edir (bəzi mənbələr bu rəqəmin 1000-ə yaxın olduğu israr edilir). Lakin insanların özləri belə təhlükəli fövqəladə hadisələrə hazırdırlarmı? Onların özləri lazım olan məlumatları əldə etməyə maraq göstərirlərmi?
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi əhalinin donuz qripi haqqında nə dərəcədə məlumatlı olmalarının müəyyənləşdirilməsi məqsədilə telefon sorğusu keçirmişdir. Sorğuda 500 Bakı sakini (bundan sonra respondent və ya rəyi soruşulan adlandırılacaq) iştirak etmişdir. Onların 42,4%-i kişi, 57,6%-ni isə qadın olmuşdur. Respondentlərin yaş kateqoriyaları üzrə paylanmaları aşağıdakı kimi idi: 1,2% – 18 yaşdan aşağı, 43,5%-i 18-29 yaş, 12,9%-i 30-39 yaş, 16,5%- i 40-49 yaş, 18,8%-i 50-64 yaş, 7,1%-i isə 64 yaşdan yuxarı. Soruşulanların 2,4%-i natamam orta, 23,5%-i tam orta, 3,5%-i orta ixtisas, 12,9%-i natamam ali, 56,5%-i ali, 1,2%-i isə elmi dərəcəli idi.
Sorğu zamanı donuz qripi haqqında məlumatlı olmaları barədə suala 17,6% respondent tam məlumatlı olduqlarını, 68,2%-i qismən məlumatlı olduqlarını söyləmişdirlər. Rəyi soruşulanların 14,1%-i bu virus haqqında heç nə bilmədiklərini söyləmişdirlər. Maraqlısı odur ki, donuz qripi haqqında bilməyənlərin cinsə görə paylanması daha çox qadınların məlumatsız olduğunu göstərir (38,4%-i kişi, 61,6%-i isə qadın təşkil etmişdir). Bundan başqa ən məlumatsız olanlar təqaüdçülər olmuşdur (0%-i tam məlumatlı, 66,9%-i qismən məlumatlı, 33,1% – məlumatsız).
Məlumatları haradan əldə etdikləri barədə suala 70,8% respondent televiziyanın adını çəkmişdir. Daha sonra rəyi soruşulanların 9,4%-i məlumatları İnternet, 7,8%-i dost və tanışlar, 7,5%-i radio, 4,5%-i qəzetlər vasitəsilə aldıqlarını söyləmişdirlər.
Burada televiziyanın məlumat mənbəyi kimi müsbət rolunu qeyd etmək lazımdır. Televiziyaya baxan respondentlərin cəmi 6,7%-i donuz qripindən məlumatsız olmuşdurlar.
“Özünüzü və ailənizi donuz qripindən mühafizə etməyə hazırsınızmı” sualına respondentlərin 15,5%-i tam hazır olduqlarını, 44,0%-i qismən hazır olduqlarını bildirmişdirlər. Respondentlərin 14,3%-i isə yoluxma təhlükəsi qarşısında aciz olduqlarını bildirmişlər. Əgər cavab verməkdə çətinlik çəkdiklərini deyənləri də nəzərə alsaq (26,2%) belə qənaətə gəlmək olar ki, rəyi soruşulanların hər dördüncüsü (40,5%-i) özlərini bu təhlükədən qorumağa hazır deyillər.
Lakin belə vəziyyət onları o qədər də narahat etmir. Çünki respondentlərin yalnız 11,8%-i ölkəmizdə donuz qripinə yoluxma təhlükəsini yüksək dərəcədə qiymətləndirmişdirlər.Respondentlərin 8,2%-i bu təhlükəni orta dərəcədə, yarısından çoxu isə (51,8%) az olduğunu demişlər. Rəyi soruşulanların hər on nəfərdən biri isə (9,4%) heç bir təhlükənin olmadığını bildirmiş, xüsusilə də donuz ətindən istifadə etməmələri ilə əlaqələndirmişlər.
Qripə yoluxma əlamətləri müşahidə olunduqda əl atdıqları tədbirləri sadalayarkən respondentlərin üçdə ikisi (73,4%) ev şəraitində özləri müalicə etməyi üstün tutduqlarını deyiblər.
Sorğu zamanı respondentlərə əhalinin bu virusa yoluxmadan qorumaq məqsədilə effektiv tədbirləri demək təklif olunmuşdu. Rəyi soruşulanların hər beşincisi (19,5%) suala cavab verə bilməmişdirlər.
Respondentlərin qalan 80,5%-i donuz qripi ilə müxtəlif effektiv mübarizə üsullarını sadalayıblar (qeyd etmək lazımdır ki, bu suala bir necə cavab mümkün olduğundan alınan rəqəmlər respondentlərin sayına görə yox (yəni cəm 100%-ə yox), adları çəkilmələrinin sayına görə hesablanıblar). Beləliklə, bu sualı cavablandıran respondentlərin yarısından çoxu gigiyena qaydalarına riayət etməyi (56,8%), təxminən yarısı donuz ətindən istifadə etməməyi (48,1%), əhalinin məlumatlandırılması və maarifləndirilməsi, məlumat mənbələrinin təşkilini (46,9%) vacibliyini qeyd etmişlər. Bundan başqa düzgün qidalanma və immunitetin möhkəmləndirilməsi (32,3%), donuz qripinə yoluxma halları qeydə alınmış ölkələrə səfər etməməyi (23,4%), mütəmadi olaraq həkim müayinəsindən keçməyi (8,0%) məqsədə uyğun görmüşlər.
Beləliklə, rəyi soruşulanların təxminən yarısı əhalinin məlumatlandırılması və maarifləndirilməsi, məlumat mənbələrinin təşkili məsələlərini vacib hesab etmişlər.

19.08.2009