«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən koordinatorlara sonuncu treninq keçirilib

Kor1

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi «Exit-poll» tədqiqatı ilə bağlı koordinatorlar üçün sonuncu treninqini keçirib. İntervüer və supervayzerlərin toplanmasına və seçki günü onların fəaliyyətinə nəzarət funksiyasını həyata keçirəcək koordinatorlara bir daha tədqiqatın mühüm əhəmiyyət kəsb etməsi açıqlanıb. Seçki günü keçiriləcək «Exit-poll» tədqiqatında koordinatorların funksiyaları barədə söhbət aparılıb. İntervüerlərin seçicilərlə davranış qaydaları, tədqiqat zamanı anket və sorğu vərəqələrindən istifadə, qarşıya çıxacaq  problemlərin aradan qaldırılması ilə bağlı koordinatorların üzərinə düşən məsuliyyət barədə məlumat verilib. Treninqdə qeyd olunub ki, hazırda ölkədə seçki günü yaxınlaşdıqca insanlar «Exit-poll» və «Quick-count» tədqiqatı ilə maraqlanır və bu tədqiqatın aparılması qaydaları ilə tanış olmaqla yanaşı, həm də nəticələrin hansı şəkildə açıqlanacağını KİV-dən izləyirlər. Koordinatorlarla görüş zamanı həmçinin, seçki günü tədqiqat prosesində məlumatın ötürülməsi işində qüsurların olmaması ilə bağlı tövsiyyələr verilib.

11.10.2009