“ELS” Müstəqil Araşdırmalar Mərkəzi MSK-da akkreditasiyadan keçib

els“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 23 dekabr bələdiyyə seçkilərində birgə “Exit-poll” tədqiqatı aparmaq məqsədilə akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına (MSK) yazılı müraciətinə müsbət cavab verilib. Belə ki, adı çəkilən təşkilatlar bələdiyyə seçkilərində rəsmən birgə “Exit-poll” keçirmək hüququ qazanıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və AVCİYA təşkilatları 8 bələdiyyə: Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail və Xətai bələdiyyələri, Abşeron bələdiyyəsi, Şirvan, Xaçmaz və Gəncə rayonun Nizami bələdiyyəsiüzrə birgə “Exit-poll” tədqiqatı aparacaq. Bunun üçün seçkilər zamanı “Exit-poll” keçirəcək intervüer və supervayzerlər treninqlərə cəlb olunacaq. Təşkilat tərəfindən treninqlərə artıq start verilib.  Treninqlər dekabr ayının 9-dan başlayaraq 19-dək davam edəcək.KİV-də verilər məlumat:

http://az.trend.az/news/politics/elections/1590887.html
http://az.trend.az/news/politics/elections/1596179.html

http://www.azertag.com/
http://www.anspress.com/index.php?a=2&lng=az&nid=16047
http://www.cec.gov.az/az/umumi/metbuat%20xidmeti/dekabr2009.htm
http://www.interfax.az/index.php?option=com_content&task=view&id=53227&Itemid=9
http://www.interfax.az/index.php?option=com_content&task=view&id=53227&Itemid=9

9.12.2009