“Əhalinin fövqəladə hallarda operativ xəbərdarlıq sistemi: mövcud problemlər və onların həlli yolları”Dəyirmi Masa

070809-4“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin avqust ayının 07 tarixində saat 12:00-13:30-da “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında əhalinin mövcud məlumat və operativ xəbərdarlıq xidmətlərinə dair məlumatlı olmalarına həsr olunmuş “Əhalinin fövqəladə hallarda operativ xəbərdarlıq sistemi: mövcud problemlər və onların həlli yolları” mövzusunda Dəyirmi Masa keçirmişdir.Əhalinin məlumatlılığı, operativ xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə yönələn tədbirdə nazirliklərin səlahiyyətli şəxsləri, yerli QHT, o cümlədən KİV təmsilçiləri iştirak etmişdirlər.
Tədbiri “ELS” Müstəqil Araşdırmalar Mərkəzi rəhbəri İradə Yaqubova başlamışdır. Masada bu ilin iyun və iyul aylarında keçirilən rəy sorğuları və monitorinq nəticələri açıqlanmış, problemin həlli istiqamətində təkliflər təqdim edilmişdir. Tədbir iştirakçılarına da söz verilmiş və onlar öz fikirlərini bildirmişdirlər.

Press-reliz

30.11.2009