Bölmə: 2009

“ELS” və AVCİYA “exit-poll” keçirmək üçün MSK-ya müraciət edəcək

İki təşkilat birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) martın 18-nə təyin olunmuş referendumda “exit-poll” keçirmək üçün bu həftə ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. “ELS”-in rəhbəri İradə Yaqubova Lent.az-a bildirib ki, 118 dairə seçki komissiyası olmaqla 800 seçki məntəqəsində “exit-poll” keçirmək planlaşdırılıb. Hər məntəqədə 2 nəfər intervüyer (ümumilikdə 1600 nəfər), 4 məntəqədə isə 1 nəfər superveyzer (ümumilikdə 200 nəfər) fəaliyyət göstərəcək. Ümumilikdə 18 mart referendumunda “exit-poll” keçirmək üçün “ELS” və AVCİYA birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək. Davamı

23.02.2009

Naxçıvanda referendumla bağlı seminar-müşavirələr keçirilir

Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə hazırlığın vəziyyətinin öyrənilməsi və seçicilərin maarifləndirilməsi məqsədilə seminar-müşavirələrin keçirilməsinə başlanılıb. Naxçıvan MR MSK-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadıqovun verdiyi məlumata görə, bu gün ilk tədbir 4 saylı Seçki Dairəsi üzrə Naxçıvan şəhərində baş tutub. Məntəqə seçki komissiyalarının üzvlərinin və paytaxt seçicilərinin qatıldığı tədbirdə hüquqşünaslar tərəfindən konstitusiyaya ediləcək dəyişiklərin mahiyyəti izah edilib. Növbəti mərhələdə belə seminar müşavirələri muxtar respublikanın digər bölgələrini də əhatə edəcək. Davamı

23.02.2009

Referendumla bağlı dövlət büdcəsindən ayrılan vəsait təşviqat qruplarının seçki fondlarına köçürülüb

Martın 18-də keçiriləcək referendumla bağlı Təşviqat qruplarına dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti həmin qrupların seçki fondlarına köçürülüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Hər bir təşviqat qrupuna 23 min AZN ayrılıb. Seçkilərdən fərqli olaraq referendumda dövlət büdcəsindən ayrılan vəsaitin geri qaytarılması tələb olunmur. Yalnız seçki fondunda dövlət büdcəsindən alınan pulun xərclənməmiş hissəsinin geri qaytarılması nəzərdə tutulur. Davamı

23.02.2009

Azərbaycan Milli Bankı: “Referendumun nəticəsindən asılı olaraq, pul əskinazlarında dəyişikliklər edilə bilər”

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər haqqında referendum aktına müvafiq olaraq Azərbaycan Milli Bankının (AMB) Mərkəzi Bank adlandırılması ilə əlaqədar nəzərdə tutulan dəyişikliklərlə bağlı AMB bir daha bəyan edib ki, dövriyyədə olan milli pul nişanları, habelə həmin pul nişanları üzrə yaradılmış ehtiyatlar dəyişdirilməyəcək və yeniləri ilə əvəzlənməyəcək. Davamı

19.02.2009

Referenduma ayrılmış efir vaxtı

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təşviqat qruplarını referendumla bağlı ayrılmış ödənişsiz efir vaxtından səmərəli istifadə etməyə çağırıb.MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, ödənişsiz efir vaxtı yalnız referenduma çıxarılan 29 maddəyə təklif olunan 41 əlavə və dəyişikliyin müzakirəsi üçün ayrılıb: “Təşviqat qruplarının nümayəndələri bilməlidirlər ki, orada başqa məsələlərin müzakirə olunması qəti yolverilməzdir. Qanunun tələbinə əsasən efir vaxtı yalnız həmin məqsəd üçün istifadə olunmalıdır”. M. Pənahov deyib ki, referenduma çıxarılan məsələlərlə ictimaiyyəti tanış etmək işi təşviqat qruplarının vəzifəsi deyil: “Təşviqat qrupları yalnız dəyişiklik təkliflərinə münasibətlərini bildirəcəklər. Bizim İctimai Televiziyanın rəhbərliyindən də yeganə tələbimiz ondan ibarətdir ki, 29 maddəyə təklif olunan 41 dəyişikliyin hər birinin müzakirəsinə şərait yaratsınlar. Bu maddələrin müzakirəsinə maneçilik törətməyə heç kimin ixtiyarı yoxdur”. Davamı

19.02.2009