Naxçıvanda referendumla bağlı seminar-müşavirələr keçirilir

Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə hazırlığın vəziyyətinin öyrənilməsi və seçicilərin maarifləndirilməsi məqsədilə seminar-müşavirələrin keçirilməsinə başlanılıb. Naxçıvan MR MSK-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadıqovun verdiyi məlumata görə, bu gün ilk tədbir 4 saylı Seçki Dairəsi üzrə Naxçıvan şəhərində baş tutub. Məntəqə seçki komissiyalarının üzvlərinin və paytaxt seçicilərinin qatıldığı tədbirdə hüquqşünaslar tərəfindən konstitusiyaya ediləcək dəyişiklərin mahiyyəti izah edilib. Növbəti mərhələdə belə seminar müşavirələri muxtar respublikanın digər bölgələrini də əhatə edəcək.

MSK əməkdaşı onu da əlavə edib ki, referendum günü Naxçıvan MR ərazisində 316 seçki məntəqəsi fəaliyyət göstərəcək. Tərtib olunmuş vahid seçici siyahıları üzrə aparılmış dəqiqləşdirmələrdən sonra 5 fevral 2009-cu il tarixinə qədər muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə hərbiçilərlə birlikdə 250 min 107 seçici hüququna malik seçici qeydə alınıb. Prezident seçkilərindən sonrakı müddətdə muxtar respublikada seçicilərin sayı 2008 nəfər artıb…

Mənbə: www.apa.az

23.02.2009