Bölmə: Seçkilər 2008

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Salyan və Neftçalada treninqlər keçirib

n1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 13-də Salyan və Neftçala şəhərlərində «Exit-poll»da iştirak edəcək intervüer və supervayzerlər üçün treninqlər keçirib. İlkin olaraq Salyanda rayon ərazisində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək 12 intervüer, 3 supervayzer və 4 nəfər ehtiyat kimi nəzərdə tutulanlar treninqə cəlb edilib. Buradakı təlimlərə təlimçi kimi Nəzirməmməd Quliyev qatılıb. Eyni zamanda treninqdə «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova da iştirak edib. Təlim zamanı Salyan rayonu üzrə intervüer və supervayzerlərə funksiyaları və vəzifələri izah edilib. Həmçinin onlara mövcud anket və sorğu vərəqələrinin formaları təqdim olunub. Treninqdə «Exit-poll» iştirakçılarının yekun siyahısı və dislokasiyası müəyyənləşib və sonda iştirakçıların sualları cavablandırılıb. Davamı

27.09.2008

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Bakıda və Abşeron rayonunda treninq keçirib

b5«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 12-dən 16-dək Bakıda və Abşeron rayonunda prezident seçkisi günü dairə və məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər  treninqlərə cəlb olunub. Ayrı-ayrı vaxtlarda keçirilən təlimlərdə Bakının Yasamal, Səbail, Binəqədi, Sabunçu, Nizami, Nəsimi, Əzizbəyov və Nərimanov rayonunda seçki günü məntəqələrdə «exitpoll» keçirəcək şəxslər işitrak edib. Bu təlimlərdə intervüer və supervayzerlərə funksiya və vəzifələri izah edilib. Eyni zamanda iştirakçılar seçki günü «Exit-poll» zamanı istifadə olunacaq müvafiq sənədlərlə tanış olublar. Onlara bu sənədlərin doldurulma qaydaları haqqında ətraflı məlumatlandırılıblar. Təlimlərin sonunda iştirakçıları maraqlandıran sualları təlimçilər cavablandırıblar. Davamı

17.09.2008

Lənkəran rayonunda keçirilən treninqlərin 1-ci mərhələsindən fotomateriallar

15.09.2008

Lənkəran və Lerikdə intervüer və supervayzerlər treninqdə iştirak edib

Sentyabrın 13 və 14-də «ELS» Müstəqil Araşdırmalar Mərkəzi Lənkəran və Lerik rayonlarında oktyabrın 15-də keçiriləcək prezident seçkilərində «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlər keçirib. Seminarın birinci günü Lənkəran rayonunda keçirilən treninqdə xeyli sayda intervüer və supervayzer iştirak edib. Müxtəlif səbəblərdən treninqdə iştirak etməyən 7 nəfərə ertəsi gün, Lerik rayonunda keçirilən seminar başa çatdıqdan sonra yenidən Lənkərana qayıdan təlimçilər tərəfindən təlim keçilib. Qeyd edək ki, Lənkəranda baş tutan bu seminarda ATƏT nümayəndələri  Xose Luis Menendez və Botagöz Əbilova yaxından iştirak ediblər. Beynəlxalq təşkilatın təmsilçiləri təlim prosesini diqqətlə izlədikdən sonra təlimçilərə suallar ünvanlayıblar. Sentyabrın 14-də isə təlimçilər Lerik rayonunda olublar. Onlar burada «Exit-poll» da iştirak edəcək intervüer və supervayzerlər üçün seminar təşkil edilib. Burada seminarda iştirak edənlərə təlimçilər tərəfindən seçki günü onların görəcəyi işlər barədə məlumatlar verilib və onları maraqlandıran sualları cavablandırıblar. Xatırladaq ki, Lənkəran və Lerik rayonları üzrə intervüer və supervayzerlər üçün treninqlər keçirilməsi davam etdiriləcək. Davamı

15.09.2008