İnformasiya və kommunikasiya texnologiyalarının seçki prosesində tətbiqi: problemlər və perspektivlər – Press-reliz

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin son iki ildə keçirdiyi rəy sorğuları əhalinin seçkilərlə bağlı maarifləndirici məlumata ehtiyacı olduğunu və bu boşluğu doldurmaqda İnternet və mobil telefonların əhəmiyyətli rol oynadığını aşkar edib.

Belə ki, 2007 və 2008-ci illərdə Bakı və Sumqayıt şəhərlərinin 11 ali məktəbində keçirilmiş rəy sorğuları zamanı 2200-ə yaxın respondentin rəyi öyrənilmişdir.

Sorğu nəticələrinin təhlili göstərir ki, son yarım ildə İnternetdən istifadə edənlərin sayının 15,5% artması aşkar olunub. Şəxsi kompüterlərindən İnternetə daxil olanların sayı isə 10,7% artaraq 41,3%-ə çatmışdır. İstifadəçilərin sayının artımı son iki ildə kompüter avadanlığının əlverişli kredit şərtlərilə satış təkliflərinin çoxalması və İnternetdən istifadə üçün ödənişin ucuzlaşması ilə izah edilə bilər.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin son iki ildə keçirdiyi rəy sorğuları əhalinin seçkilərlə bağlı maarifləndirici məlumata ehtiyacı olduğunu və bu boşluğu doldurmaqda İnternet və mobil telefonların əhəmiyyətli rol oynadığını aşkar edib.

Belə ki, 2007 və 2008-ci illərdə Bakı və Sumqayıt şəhərlərinin 11 ali məktəbində keçirilmiş rəy sorğuları zamanı 2200-ə yaxın respondentin rəyi öyrənilmişdir.

Sorğu nəticələrinin təhlili göstərir ki, son yarım ildə İnternetdən istifadə edənlərin sayının 15,5% artması aşkar olunub. Şəxsi kompüterlərindən İnternetə daxil olanların sayı isə 10,7% artaraq 41,3%-ə çatmışdır. İstifadəçilərin sayının artımı son iki ildə kompüter avadanlığının əlverişli kredit şərtlərilə satış təkliflərinin çoxalması və İnternetdən istifadə üçün ödənişin ucuzlaşması ilə izah edilə bilər.

Respondentlər İnternetdən müxtəlif məqsədlərlə istifadə etdiklərini qeyd ediblər: əyləncə (oyunlar, musiqi, videokliplər və s.) üçün (41,7%), maraqlı məlumatlarla (37,7%) və xəbərlərlə (35,5%) tanış olmaq üçün, tanışlıq üçün (24,5%), tədris üçün (22,3%), poçt və SMS göndərmək üçün (31,4%), iş axtarmaq üçün (8,0%), forumlarda iştirak etmək üçün (5,2%), alış-veriş aparmaq üçün (4,5%), gəlir əldə etmək üçün (3,3%).

Ölkənin ictimai-siyasi həyatı ilə bağlı mənbələrə gəldikdə isə respondentlər ilk növbədə televiziyanı (56,0%), ikinci yerdə isə İnterneti (22,2%) qeyd ediblər. Tədqiqatların nəticələrinin müqayisəsi göstərir ki, İnternetdən istifadə edənlərin sayı son yarım ildə iki dəfədən çox artıb. Mobil telefondan İnternetə daxil olub məlumat alanların sayı isə üç dəfədən bir qədər az artıb.

Bu il keçiriləcək prezident seçkilərində rəyi soruşulanların 62,3% dəqiq iştirak edəcəklərini qeyd edib. Respondentlərin 21,7%-i iştiraklarını istisna etmirlər, 11,0%-i hələ bu haqda fikirləşmədiklərini, 5,0%-i isə iştirak etməyəcəklərini deyiblər.

Seçkilərlə bağlı məlumatın alınmasında MSK-nın saytlarından istifadəyə gəldikdə bunu respondentlərin yalnız 4,7%-i edir. Bu saytlardan istifadə etməyənlərin 78,6%-i saytların mövcudluğundan məlumatlı olmadıqlarını, 7,1%-i saytda yerləşdirilmiş məlumatların onları qane etmədiklərini deyib. Rəyi soruşulanların 14,3%-i isə İnternetə mobil telefondan qoşulduğunu və bu saytların WAP versiyalarının olmadığını əsas gətirərək məlumatı əldə edə bilmədiklərini qeyd edib.

Səsvermədə iştirak edəcəklərini deyən respondentlərin 43,6%-i bunu ənənəvi şəkildə seçki məntəqələrində, 40,2%-i İnternetdən kompüter vasitəsilə, 16,2%-i isə İnternetə mobil telefonlarından daxil olaraq etmək istədiklərini deyib.

Sorğuların nəticələrini nəzərə alaraq «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin ekspert qrupu tərəfindən MSK-nın saytlarının ( www.msk.gov.az,http://www.cec.gov.az , www.infocenter.gov.az ) monitorinqi aparılıb. Monitorinq nəticəsində göstərilən saytlarda həm 2003-cü ilin prezident seçkilərinə aid, həm də 2008-ci ildə keçiriləcək prezident seçkilərinə aid məlumatların ya dolğun olmadığı ( www.cec.gov.az / http://www.msk.gov.az), ya da ümumiyyətlə olmadığı ( www.infocenter.gov.az ) müəyyən edilib.

Aparılan sorğuların və monitorinqin nəticələrini təhlil edərək «ELS» Müstəqil Araşdırmalar Mərkəzi aşağıda sadalananların həyata keçirilməsini məqsədəuyğun hesab edir:

1. Bu il keçiriləcək prezident seçkilərilə bağlı seçki prosesinə olan marağı nəzərə alaraq 2003-cü ildə keçirilmiş prezident seçkiləri barədə saytların məlumat bazasının genişləndirilməsi və təkmilləşdirilməsi zəruri sayılmalıdır (əlavə məlumat yüklənməli, məlumat daha asan oxunan və diqqəti cəlb edən formada təqdim edilməlidir);

«Seçkilər» İnformasiya Mərkəzinin saytında isə ümumiyyətlə 2003-cü ilin Prezident seçkilərilə bağlı məlumatların olmamasını nəzərə alaraq bu səhifə yenidən işlənilməlidir;

2. 2008-ci ilin prezident seçkilərinə az vaxt qaldığını nəzərə alaraq bu seçkilərlə bağlı İnternet resursları istifadəyə verilməli və burada mövcud hüquqi-normativ sənədlər əksini tapmalıdır;

3. Səsvermə hüququna malik vətəndaşların seçkilərdə iştirakı ilə bağlı təlim xarakterli məlumat (seçicinin sorğu kitabçası) ayrıca səhifədə yerləşdirilməlidir.

Belə ki, seçkidə iştirak etmək üçün nədən başlamalı və hansı addımları atmalı (məsələn, seçki məntəqəsinin yerini müəyyən etmək, seçici siyahısına daxil edilməni yoxlamaq), səsvermə günü hansı sənədləri özü ilə götürməli, seçki məntəqəsində necə davranmalı və s. haqqında heç bir məlumat yoxdur. Seçicinin sorğu kitabçasının saytda yerləşdirilməsi həm yaşlı nəsil, həm də ilk dəfə seçkilərdə iştirak edənlər üçün çox faydalı olardı.

4. Müasir elektron texnologiyalarının geniş imkanlara malik olduğunu (əhatə dairəsi, əldə olunması, operativliyi, gənclər arasında populyarlığı və s.) və mobil telefonlardan İnternetə daxil olanların sayının son illərdə kəskin surətdə artmasını nəzərə alaraq seçkilərə həsr olunmuş WAP-saytın yaradılması zərurətini ortaya qoyur.

Belə ki, seçicilərin, xüsusən də gənc seçicilərin seçkilərə olan marağını artırar və daha yüksək seçici fəallığına nail olmağa imkan yaradar. Saytda həm seçkilərlə bağlı informasiya xarakterli, həm maarifləndirici məlumatlar, həm də seçkilərə dəvət edən şüarlar yerləşdirilə bilər. Seçki günü isə seçkilərin nəticələrinin WAP-saytda yerləşdirilməsi onların operativ şəkildə bütün ictimaiyyətə çatdırılmasını təmin edə bilər.

25.07.2008