Lənkəran və Lerikdə intervüer və supervayzerlər treninqdə iştirak edib

Sentyabrın 13 və 14-də «ELS» Müstəqil Araşdırmalar Mərkəzi Lənkəran və Lerik rayonlarında oktyabrın 15-də keçiriləcək prezident seçkilərində «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlər keçirib. Seminarın birinci günü Lənkəran rayonunda keçirilən treninqdə xeyli sayda intervüer və supervayzer iştirak edib. Müxtəlif səbəblərdən treninqdə iştirak etməyən 7 nəfərə ertəsi gün, Lerik rayonunda keçirilən seminar başa çatdıqdan sonra yenidən Lənkərana qayıdan təlimçilər tərəfindən təlim keçilib. Qeyd edək ki, Lənkəranda baş tutan bu seminarda ATƏT nümayəndələri  Xose Luis Menendez və Botagöz Əbilova yaxından iştirak ediblər. Beynəlxalq təşkilatın təmsilçiləri təlim prosesini diqqətlə izlədikdən sonra təlimçilərə suallar ünvanlayıblar. Sentyabrın 14-də isə təlimçilər Lerik rayonunda olublar. Onlar burada «Exit-poll» da iştirak edəcək intervüer və supervayzerlər üçün seminar təşkil edilib. Burada seminarda iştirak edənlərə təlimçilər tərəfindən seçki günü onların görəcəyi işlər barədə məlumatlar verilib və onları maraqlandıran sualları cavablandırıblar. Xatırladaq ki, Lənkəran və Lerik rayonları üzrə intervüer və supervayzerlər üçün treninqlər keçirilməsi davam etdiriləcək.

15.09.2008