“İnformasiya və Kommunikasiya texnologiyalarının seçki prosesində tətbiqi: problemlər və prespektivlər” mövzusunda Dəyirmi masa

dsc00069«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 25.07.2008-ci il tarixində «Caspian Plaza» Biznes Mərkəzinin konfrans zalında «İnformasiya və Kommunikasiya texnologiyalarının seçki prosesində tətbiqi: problemlər və prespektivlər» mövzusunda Dəyirmi masa keçimişdir.

Tədbirin keçirilməsində məqsəd bu il keçiriləcək prezident seçkilərində müasr elektron texnologiyalarının istifadəsi, seçki prosesinin işıqlandırılması və seçkilərin məlumatlandırılmasına aid mövcud vəziyyətin müzakirəsi, seçki ərəfəsində seçici fəallığının artırılması və seçki prosesinin təkmilləşdirlməsi təkliflərin işlənilməsidir.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 25.07.2008-ci il tarixində «Caspian Plaza» Biznes Mərkəzinin konfrans zalında «İnformasiya və Kommunikasiya texnologiyalarının seçki prosesində tətbiqi: problemlər və prespektivlər» mövzusunda Dəyirmi masa keçimişdir.

Tədbirin keçirilməsində məqsəd bu il keçiriləcək prezident seçkilərində müasr elektron texnologiyalarının istifadəsi, seçki prosesinin işıqlandırılması və seçkilərin məlumatlandırılmasına aid mövcud vəziyyətin müzakirəsi, seçki ərəfəsində seçici fəallığının artırılması və seçki prosesinin təkmilləşdirlməsi təkliflərin işlənilməsidir.

Tədbiri ilk növbədə Mərkəzin rəhbəri İradə Yaqubova başladı. Mərkəzin rəhbəri İradə xanımçıxışında söylədi ki, son iki ildə keçirilən rəy sorğusuna əsasən, əhalinin seçkilərə bağlımaarifləndirici məlumata ehtiyacının olduğunu və bunun aradan qaldırılması üçün internet vəmobil telefonların əhəmiyyətli dərəcədə rol oynadığını aşkar etdiklərini bildiridi. Mərkəzin rəhbəri həmçinin MSK-nın saytlarında seçkilərlə bağlı mütamadi olaraq materialların yerləşdirilməsini məqsədəuyğun olduğunu da bildirdi.

Dəyirmi masada həm də Demakratik Seçkilərə dəstək Mərkəzinin prezidenti Çingiz Dadaşov, Vətəndaş Münasibətlərinini İnkişafı Mərkəzinin direktoru Əhməd Abbasbəyli, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Demokratik Dəyərlər Mərkəzinini rəhbəri Əhməd Əsgər, Vətəndaş Cəmiyyəti Uğrunda Yardım və Məsləhət Mərkəzinin direktoru Eldar İsmayılov, Açıq Cəmiyyət institutunun direktoru Fərda Əsədov, Rabitə vəİnformasiya Texnologiyaları Nazirliyinin DMŞ-nin aparıcı məsləhətçisi İsmayıl Məmmədov,İnformasiya Texnologiyalərı İnstitutundan Aygün Əhmədova, beynəlxalq təşkilatlardan Beynəlxalq Respublikaçılar İnstitutundan Elşad Mikayılov, ABŞ səfirliinin Siyasi məsələlərüzrə köməkçisi Fəxri Abbasov, Beynəlxalq Seçkilər Sistemi Fondu İFES-dən Gülnara Bayramova da iştirak edirdilər. Dəyirmi masada Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu belə sorğulara seçkilər ərəfəsi daha çox ehtiyac duyulduğunu bildirdi. Onun sözlərinə görə «Seçkilər» İnformasiya Mərkəzinin saytında seçilərlə bağlı məlumatların yerləşdirilməsi, internet resurslarının istifadəyə verilməsi ictimaiyyətin maariflənməsində ciddi amildir.Tədbirdə iştirak edənlər də vurğuladılar ki, hazırda MSK-nın həm işində, həm də saytında müəyyən qüsurlar var. Tədbir KİV təmsilçiləri və yerli televiziya kanaları vasitəsi ilə ictimaiyyətə çatdırıldı.

29.07.2008