«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – PRESS-RELİZ

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, ilə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) 2008-ci il aprel ayının 30-da Beynəlxalq Mətbuat Mərkəzində saat 13.00-14.30 -da «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» kampaniyası çərçivəsində “Siqaretə YOX deyək!” mövzusunda Dəyirmi masa keçirəcək. Tədbirdə Prezidentin İcra Aparatı, Milli Məclis, Bakı şəhər və rayon İcra Hakimiyyəti, müvafiq nazirlik və baş  idarələrin rəsmilərinin, o cümlədən QHT və media təmsilçilərinin iştirakı planlaşdırılmışdır.

Dəyirmi masanın keçirilməsində məqsəd kampaniya çərçivəsində nəzərdə tutulmuş tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq, «ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən artıq həyata keçirilmiş layihələrin nəticələri, o cümlədən 800 nəfərin rəy sorğusunu təqdim etmək, habelə sağlam həyat tərzinin təbliği və insanlara həyatları üçün təhlükəli vərdişlərə alüdə olmalarının səbəbləri, onlardan azad olma yollarını araşdırmaqdır.

2008-ci il may ayının 1-dən 31-dək keçiriləcək kampaniya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) may ayının 31-də elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr edilmişdir.

Təqdimatda Bakının orta və Ali məktəblərində keçirilmiş rəy sorğusunun nəticələri təqdim olunacaq. İnanırıq ki, sorğunun nəticələri müasir gənclərin siqaret çəkməyə münasibətini öyrənməyə, onların bu vərdişə öyrənmələrinin motivlərini aşkar etməyə və siqaret çəkməyə qarşı səmərəli mübarizə yollarının tapılmasına imkan verəcək.

Siqaret çəkmək bütün dünyada yayılmış qlobal problemlərdən biridir. ÜST-nin verdiyi proqnozlara görə, cari ildə tütün məmulatlarından istifadə 4,9 million insanın həyatına son qoyubsa, 2020-ci ilə bu rəqəm iki dəfə arta bilər.

“Gənclərimizi bu bəladan necə çəkindirməli və sağlam həyat tərzinin təbliğini necə aparmalı?” Tədbirdə məhz bu və digər problemlər müzakirə olunacaq.

30.01.2009