MƏZAHİR PƏNAHOV: “MÜSTƏQİL ÖLKƏNİN VƏTƏNDAŞLARI SEÇKİ VƏ REFERENDUMLA BAĞLI ÖZ MƏSULİYYƏTİNİ BAŞA DÜŞMƏLİ, KİMƏ VƏ NƏYƏ İMZA VERDİKLƏRİNİ BİLMƏLİDİRLƏR”
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Yeni Azərbaycan” Təşəbbüs qrupu Təşviqat qrupu kimi qeydə alınıb. MSK katibi Natiq Məmmədov bildirib ki, Təşəbbüs qrupu quruma 46 min 950 seçici imzası təqdim edib ki, bunlardan da 43 min 881-i etibarlı sayılıb. 3 min 69 imza isə etibarsız hesab olunub. Bunlar, əsasən, bir nəfərin bir neçə şəxsin yerinə imza atması, məlumatların düzgün qeyd olunmaması ilə bağlı səhvlər olub. İclasda iştirak edən “Yeni Azərbaycan” Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov bildirib ki, MSK imzaları düzgün yoxlayıb və obyektiv qərar qəbul edib: “Biz imzaların toplanmasında səhvlərin olmamasına çalışırıq. Amma sözsüz ki, insan olan yerdə səhvlər də olur”. Davamı