Bölmə: Xəbərlər

Naxçıvanda referendumla bağlı təşviqat qrupu yaradılıb

Naxçıvan MR-də də 18 mart ümumxalq referendumuna ciddi hazırlıq gedir.

Artıq referendumla bağlı təşviqat qrupu da yaradılıb. MR Mərkəzi Seçki Komissiyasının mətbuat və informasiya xidmətindən Lent.az-ın bölgə müxbirinə verilən məlumata görə, yeni yaradılan təşviqat qrupu Azərbaycan Naminə Təşviqat Qrupu adlanır. Təşviqat Qrupunun yaradılmasında əsas məqsəd referendumda iştirak edəcək şəxslərin maarifləndirilməsi istiqamətində təbliğat aparmaqdır.

Mənbə: www.LENT.AZ Davamı

28.01.2009

Əli Əhmədov: “Beynəlxalq təşkilatların referendumla bağlı bəyanatları obyektivdir”

“Beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda referendumun keçirilməsi ilə əlaqədar bəzi bəyanatlar səsləndirib və bu bəyanatlar tamamilə obyektiv əsaslara söykənir. Hər bir xalq, hər bir ölkə öz dövlət quruculuğunu daha da təkmilləşdirməkdə tam sərbəstdir və bu, o ölkənin daxili işdir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. Davamı

28.01.2009

“Yeni Azərbaycan” Təşviqat qrupunun toplantısı olub

“Yeni Azərbaycan” Təşviqat qrupu martın 18-də keçiriləcək referenduma hazırlıq məqsədi ilə bu gün ilk toplantısını keçirib.Partiyanın YAP Xətai rayon təşkilatının qərargahında keçirilən toplantıda bir sıra prosedur məsələlər həll edilib. Partiya sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, qrup artıq Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınıb və bundan sonrakı mərhələdə partiya təbliğat-təşviqat kampaniyasına hazırlaşacaq. İclasda Təşviqat qrupunun 25 səlahiyyətli nümayəndəsi, 25 vəkili, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi müəyyənləşib. Səlahiyyətli nümayəndələr və vəkillər əsasən YAP-ın rəhbərliyinə daxil olan şəxslər, millət vəkilləri, ictimai xadimlərdən ibarət olub. Davamı

28.01.2009

Yerlərdə referendum üzrə 17 təşəbbüs qrupu qeydiyyata alınıb

İndiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) referendum üzrə 13 təşəbbüs qrupu qeydiyyatdan keçmək üçün müraciət edibBu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, müraciət edən təşəbbüs qruplarından hamısına imza vərəqələri verilib. Dairə seçki komissiyalarına (DSK) təşviqat aparmaq üçün müraciət edən təşəbbüs qruplarının sayı isə 116-dır: ”Bu, referendum üçün böyük rəqəmdir”. Həmin qruplardan 17-nin artıq qeydiyyata alındığını deyən M.Pənahov bildirib ki, digər təşəbbüs qruplarının da hamısına imza vərəqələri verilib.

Mənbə: LENT.AZ Davamı

28.01.2009

Referendumda iştirak etmək istəyən təşviqat qruplarının imza toplama kampaniyası fevralın 1-də başa çatacaq

Martın 18-də keçiriləcək referendumda təşviqat qrupu qismində iştirak etmək üçün imza toplama kampaniyası fevralın 1-də yekunlaşacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplanmış imzalar fevralın 1-i, saat 18.00-dan gec olmayaraq MSK-ya təqdim olunmalıdır. Müəyyən olunmuş müddətdən sonra təqdim edilən imzalar qəbul edilməyəcək. Bundan sonrakı mərhələdə isə imzalar yoxlanacaq və təşviqat qrupları qeydə alınacaq. Davamı

28.01.2009