Bölmə: Xəbərlər

«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – monitorinqin nəticələri

1MƏTBUAT ÜÇÜN MƏLUMAT
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sağlam həyat tərzinin təbliğatı istiqamətində fəaliyyətini davam etdirərək və Ümumdünya Səhiyyə Təşkilatının may ayının 31-də elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr edilmiş «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» aylıq kampaniyasına başlayır. Kampaniya may ayında həyata keçirilərək mayın 31-də yekunlaşacaq. Kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasıdır. Kampaniya çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kampaniyanın gedişatı KİV-də və Səhiyyə Nazirliyinin dəstəyi ilə televiziyada işıqlandırılacaq. Davamı
30.01.2009

«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – PRESS-RELİZ

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, ilə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) 2008-ci il aprel ayının 30-da Beynəlxalq Mətbuat Mərkəzində saat 13.00-14.30 -da «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» kampaniyası çərçivəsində “Siqaretə YOX deyək!” mövzusunda Dəyirmi masa keçirəcək. Tədbirdə Prezidentin İcra Aparatı, Milli Məclis, Bakı şəhər və rayon İcra Hakimiyyəti, müvafiq nazirlik və baş  idarələrin rəsmilərinin, o cümlədən QHT və media təmsilçilərinin iştirakı planlaşdırılmışdır. Davamı

30.01.2009

Azərbaycanda referendum keçirmək üçün 22 milyon 444 manat vəsait ayrılıb

Azərbaycanda martın 18-də referendumun keçirilməsi üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 22 milyon 444 manat vəsait ayrılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) maliyyə şöbəsinin müdiri Rasim Qasımovun verdiyi məlumata görə, həmin vəsait artıq Maliyyə Nazirliyi tərəfindən MSK-nın hesabına köçürülüb. R. Qasımovun sözlərinə görə, bu vəsait seçkilərin keçirilməsi üçün lazım olan bütün tədbirlərin gerçəkləşməsinə, həmçinin referendumla bağlı plakatların hazırlanmasına, seçki komissiyalarının üzvlərinin əmək haqlarının ödənilməsinə xərclənəcək. Davamı

28.01.2009

Avropa Şurası Azərbaycanda keçiriləcək referendumla bağlı gələn həftə qərar verəcək

Avropa Şurasının Azərbaycanda martın 18-də keçiriləcək referendumu müşahidəçilər vasitəsi ilə izləyib-izləməməsi barədə hələlik qərar qəbul olunmayıb. Bu barədə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib. Xüsusi nümayəndə deyib ki, Avropa Şurası bununla bağlı gələn həftə qərar qəbul verəcək. Davamı

28.01.2009

Azərbaycan referendumla bağlı Venesiya Komissiyası ilə əməkdaşlıq etməyəcək

Rəsmi Bakı “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi üzərində iş aparılması üçün Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq etməyəcək. Bu barədə hökumətdəki mənbələrdən məlumat verilib. Məlumata görə, Azərbaycan tərəfi Referendum Aktı layihəsinin mükəmməl hazırlandığını, beynəlxalq qanunvericiliyin ciddi şəkildə öyrənildiyini əsas gətirərək, Venesiya Komissiyası ilə əməkdaşlığa lüzum görməyib. Qeyd edək ki, Venesiya Komissiyası müraciət olunduğu təqdirdə, rəy və hüquqi tövsiyələrini verir. Azərbaycan tərəfi isə hesab edir ki, Referendum Aktı layihəsi beynəlxalq standartlara uyğun hazırlandığından Venesiya Komissiyasının rəy və tövsiyəsinə ehtiyac yoxdur.

http://www.525.az/new/2009/01/27/read=39034 Davamı

28.01.2009