Avtobuslarda təhlükəsizlik kəmərlərini bağlamaq lazım olacaq

belt_2Rusiyada cari ilin 1 mart tarixindən avtobuslarda təhlükəsizlik kəmərlərindən istifadə etməyənlərə qarşı cəzalar sərtləşdirilib. Bu dəfə Dövlət Avtomobil İnspeksiyası diqqətini şəhərlərarası avtobuslara yönəldib. Bu avtobuslarda təhlükəsizlik kəmərini həm sürücü, həm də sərnişinlər bağlamalıdır. Bu qaydanı pozan sürücü 500 rubl məbləğində cərimə ödəməli olacaq. Eyni məbləğ avtobusun təhlükəsizlik kəmərləri olmadığı halda (hətta istehsalçı tərəfindən kəmərlər nəzərdə tutulmayanda da) şəhərlərarası marşruta çıxdığına görə nəzərdə tutulmuşdur. Əgər təhlükəsizlik kəməri olan avtobuslarda sərnişin kəmərdən istifadə etmirsə, onda 200 rubl məbləğində cəriməni sərnişin ödəməli olacaq.

2.03.2010