Mehriban Əliyevaya humanitar sahədə fəaliyyətinə görə “Birliyin ulduzları” dövlətlərarası mükafat təqdim edilib

moskva_mehriban_eliyevaya_13_04_12Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya humanitar sahədə fəaliyyətinə görə, “Birliyin ulduzları” (“Zvyozdı Sodrujestva”) dövlətlərarası mükafat təqdim edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mükafatın təqdimetmə mərasimi Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçirilib. Mərasimdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, baş nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və MDB ölkələrinin nüfuzlu, vəzifəli şəxsləri iştirak ediblər.

MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin DövlətlərarasıHumanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunan “Biriliyin ulduzları” mükafatını MehribanƏliyevaya Sergey Narışkin təqdim edib. Mərasimi giriş sözü ilə açan Sergey Narışkin MDBməkanında humanitar və mədəniyyətlərarası əməkdaşlığın vacibliyindən danışıb. “Birliyin ulduzları”mükafatına layiq görülənlərin bu sahədə böyük əməyi olduğunu söyləyən S. Narışkin MehribanƏliyevanın təhsil, sosial, mədəniyyət, humanitar sahədə, xüsusilə də MDB ölkələrinin xalqlarınıninteqrasiya prosesinə verdiyi töhvələrin çox böyük olduğunu bildirib.

Mehriban Əliyeva çıxışında ona verilən mükafatı Azərbaycanın müxtəlif sahələrdə qazandığıuğurlara verilən diqqət və hörmət kimi qəbul etdiyini söyləyib.

Qeyd edək ki, “Birliyin ulduzları” dövlətlərarası mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət,humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur.

13.04.2012