“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakı treninqlərinə start verdi. “Ambassador Hotel”-də supervayzer və intervüerlər üçün təşkil olunan treninqlər 4 gün davam edəcək.
Bölmə: Xəbərlər
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi treninqlər keçirir
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Sentyabrın 23-də “ELS”-ın ofisində təşkilatın rəhbəri İradə Yaqubova təlimçilər üçün treninq keçirib.
Əli Əhmədov prezidentliyə namizədlərin sentyabrın 19-da İTV-də debatında baş verənlərlə bağlı MSK-ya müraciət edib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun iclası olub. APA-nın məlumatın görə, MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev sentyabrın 19-da İctimai Televiziyanın efirində prezidentliyə namizədlər üçün ayrılan efir vaxtı zamanı baş verənlərə qrupun münasibət bildirilməsinin vacibliyini vurğulayıb. A. Tağıyev əlavə edib ki, Cəmil Həsənli və Hafiz Hacıyev arasında baş verən bu konflikt zamanı Seçki Məcəlləsinin və qanunvericiliyin tələbləri pozulub, münaqişə zamanı debatda iştirak etməyən digər namizədin də ünvanına təhqiramiz ifadələr səslənib: Davamı
“İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT Baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb
“İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət” və “GUAM məkanında davam edən münaqişələr, onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihələri BMT baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb. APA-nın BMT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qətnamə layihələri 67-ci sessiyada müzakirəyə çıxarılmadığı üçün, cari sessiyanın gündəliyinə müvafiq olaraq 34 və 38-ci maddə kimi daxil edilib. Davamı
Azərbaycan prezidenti Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfər edib. APA-nın məlumatına görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quba şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan prezidentinə parkda və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib. Davamı


