Ötən gün Mərkəzi Seçki Komissiyası Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini qeydə almaqla namizədlərin sayını 10-a çatdırıb.
Beləliklə, 2013-cü il Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının namizədi, millət vəkili İqbal Ağazadə, millət vəkili Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi, millət vəkili Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi, millət vəkili Fərəc Quliyev, Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə, Milli Şuranın namizədi Cəmil Həsənli, Ədalət Partiyasının namizədi, millət vəkili İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu mübarizə aparacaq. Davamı






