Milli Musiqi Günü ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkənin mədəniyyət xadimləri Fəxri Xiyabanda görkəmli siyasət və mədəniyyət xadimlərinin məzarlarını ziyarət ediblər. Lent.az-ın məlumatına görə, Ə.Qarayev artıq 13 ildir qeyd edilən Milli Musiqi Gününün dahi bəstəkarlar Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin doğum günü ilə bağlı olduğunu deyib: “1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə Musiqi Günü dövlət səviyyəsinə qeyd edilməyə başladı. Həmin vaxtdan hər il musiqi ocaqlarında Üzeyir gününə həsr olunan tədbirlər keçirilir, bəstəkarın musiqiləri səsləndirilir”. Nazir onu da deyib ki, artıq bu ildən Azərbaycanın bütün musiqi məktəblərində “Üzeyir dərsi” tədris olunacaq və bununla bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılıb. Davamı
Bölmə: Xəbərlər
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll” tədqiqatına start verib

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il Prezident seçkilərində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatınınkeçirilməsini planlaşdırır. Artıq təşkilat tədqiqatl ilə bağlı tələb olunan sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Azərbaycan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası sentyabrın 29-a kimi həmin sənədlərə baxıb qərar qəbul edəcək.
ATƏT-in seçki müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb
Azərbaycan Mərkəzi Seçki Komissiyası hesabatdakı iradlara münasibət bildirib
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı 1 nömrəli aralıq hesabat yayıb. Azərbaycan Mərkəzi Seçki Komissiyasından APA-ya verilən məlumata görə, hesabatda seçkilərə hazırlığın gedişatına dair bir sıra fikirlər səsləndirilib. Bununla əlaqədar MSK aşağıdakıları diqqətə çatdırıb: Davamı
Azərbaycan Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcəkdir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır. Davamı
Yeni dərs ili başladı
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın ümumtəhsil məktəblərində Bilik Günü qeyd olunub. Trend-in məlumatına görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunacaq. Həmin mövzuda keçirilən dərslərdə Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikanın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsi təmin ediləcək. Davamı


