Bölmə: Ana səhifə

Bakının “Sovetski” məhəlləsində aparılan köçürmə işlərinin ilk real nəticələri açıqlanıb

Baki_Sovetski“Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr tarixli 2013-cü il tarixli sərəncamına əsasən söküntü ərazisinə düşən 10 min 500-dək yaşayış və qeyri-yaşayış sahəsində 6 mərhələ üzrə ölçü və inventarlaşdırma işləri aparılmalı idi. İndiyə qədər 6 min 676 təsərrüfatda tam ölçü və inventarlaşdırma işləri aparılıb ”. Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. Davamı

16.01.2015

Prezident İlham Əliyev: “Strateji layihələrdə Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır”

ilham aliyev recep tayyip erdogan“Azərbaycan və Türkiyə arasında iqtisadi sahədə çox gözəl əməkdaşlıq var”. APA-nın məlumatına görə, bunu Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, son illər Türkiyə Azərbaycana, Azərbaycan isə Türkiyəyə milyardlarla dollar sərmayə yatırıb: “2020-ci ilə qədər Türkiyədə Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq”. Davamı

16.01.2015

Azay Quliyev: ABŞ-da bir sıra dövlət qurumları, institutları Azərbaycanla bağlı qərəzli bəyanatlar səsləndirirlər

metbuat_merkezi_150115_06“Son günlər, son aylar ABŞ-da bir sıra dövlət qurumları, dövlət institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığını əks etdirməyən bəyanatlardır”. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin üzvü, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələrdə çıxışı zaman deyib. Davamı

15.01.2015

20 Yanvar günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yol polisi yolda 240212Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) APA-ya verilən məlumata görə, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-i saat 08:00-dan mərasim başa çatanadək Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Belə ki, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

15.01.2015

“Günay” hər kəsi yerindən oynatdı

11.01.2015-Gunay“Günay” Uşaq Teatrının gənc kollektivi yanvarın 11-də Rəşid Behbudov adına Mahnı Teatrında hazırladığı xüsusi konsert proqramı ilə tamaşaçılarını Yeni İl münasibəti ilə təbrik etdi. Mahnı, rəqs və musiqi nömrələri ilə başlayan tədbirdə kiçik tamaşaçılarla viktorinalar da keçirildi. Maraqlı və şən keçən viktorinalara böyüklər də qatılmışdı.

Sonra əsl şənlik başladı. Səhnəyə dəvət olunan balaca tamaşaçılar “Günay” Uşaq Teatrının kollektivi ilə birgə əyləndilər, o cümlədən mahnı oxudular və rəqs etdilər. FOTOQALEREYA Davamı

12.01.2015