20 Yanvar günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yol polisi yolda 240212Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) APA-ya verilən məlumata görə, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-i saat 08:00-dan mərasim başa çatanadək Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Belə ki, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

15.01.2015