Erməni diasporası sakit durmur. Onlar yenə aranı qarışdırmağa, saxtakarlığa davam edərək, sanki mübahisədən Türkiyəyə qarşı istifadə etməyə çalışırlar”. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib. Davamı
Bölmə: Ana səhifə
Prezident İlham Əliyev: “Heç bir böhran bizə təsir edə bilməz”
“Azərbaycanın təbiəti elədir ki, hər yerdə gözəl, səfalı məkanlar, dağlar, meşələr, çaylar çoxdur. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə etməliyik”. APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet Shahdag” otelinin açılışında deyib. Davamı
AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlanıb
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Ermənistan əsgərləri tərəfindən girov götürülən və Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq məhkəməsi tərəfindən azadlıqdan məhrum edilən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin olunmasına dair qətnamə layihəsi hazırlayaraq AŞPA katibliyinə təqdim edib. Davamı
Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayış iyunun 1-dən tələb olunacaq
Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə edilən düzəlişin qüvvəyə minməsi tarixi dəyişdirilir. APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidentinin təqdimatı ilə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilir. Davamı
Azərbaycan prezidenti: “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”
“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib. Davamı


