“Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. Davamı
Bölmə: Ana səhifə
Azərbaycanda bu il keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı yeni qaydalar açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı yeni qaydaları açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiyanın kollegiyasının 14.01.2015-ci il tarixli qərarlarına əsasən bu ildən etibarən ixtisas qruplarının sayı dörddən beşə artırılıb. V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla). Davamı
Azərbaycanda bu il keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali məktəblərə daxil olmaq istəyənlər üçün ərizə qəbulu 1 aprel – 30 aprel tarixlərində aparılacaq.
II və III qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 17 may, I və IV qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 24 may, I və IV qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 14 iyul, II və III qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 25 iyul tarixində keçiriləcək.
“Azərbaycan mətbəxi” qalib oldu
“Azərbaycan mətbəxi” kitabı “Dünya Qurman Yemək Kitabı – 2014” mükafatının qalibi olub. Böyük Britaniyanın “Saqi Books” nəşriyyat evinin Tahir Əmiraslanov və Leyla Rəhmanovanın köməyi ilə hazırlanan “Azərbaycan mətbəxi” kitabı “Ən yaxşı Şərqi Avropa kitabı” və “Ən yaxşı yemək kitabı” kateqoriyasında “Dünya Qurman Yemək Kitabı – 2014” mükafatını qazanıb. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Davamı
İsrail prezidenti Xocalı faciəsini dünyadakı kütləvi qətllər sırasında qeyd edib
İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini də dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib. APA-nın İsrail XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söz açan İsrail prezidenti bildirib ki, dünya ictimaiyyəti həddən çox göz yaşı tökür, amma daha az iş görür: Davamı


