Bölmə: Ana səhifə

BƏYANAT

elsELS Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Avropa Parlamentində qəbul olunan qondarma “erməni soyqrımı” ilə bağlı əsassız və qərəzli qətnaməni qətiyyətlə pisləyir. İkili standartlardan xəbər verən və erməni lobbisinin təsiri altında bir sıra avropalı deputatlar tərəfindən qəbul olunan qətnamə əslində Avropa Parlamentinin siyasi alətə çevrilməsindən xəbər verir. Görəsən tarixi saxtalaşdıran erməni daşnaklarının müdafiəçisinə çevrilən Avropanın bu kimi nüfuzlu qurumlarının əsrlər boyu azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən xəbəri varmı? 25 ildən artıq müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxlaması, bir milyondan artıq dinc sakinin doğma ata-baba yurdlarından didərgin salması, yüzlərlə insanı qətlə yetirməsi faktlarını qulaq ardına vuran avropalı siyasıtçilərinin bu qərarı onsuz da həssas olan regionda yeni gərginliyə səbəb olacaq. Onlarla video, foto və sənədin olmasına baxmayaraq Xocalı soyqırımını hələ də tanımayan Avropa qurumları 100 il əvvəl sübuta yetirilməmiş “soyqırımı” necə tanıya bilər?

ELS Müstəqil Araşdırmalar Mərkəzi Türkiyə və Azərbaycan dövlətlərinə qarşı yönələn və heç bir hüququ əsası olmayan bu qətnaməni rədd edir və Azərbaycan hökümətini Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmağa çağırır. 

17.04.2015

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı-2015” Brüsseldə təqdim olunub

fond_teqdimat_150415_1Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, Brüsselin “Egmont” sarayında təşkil olunan təqdimat mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski çıxış ediblər.Belçikanın ictimai-siyasi xadimlərinin, bu ölkədə akkreditasiya olunan səfirliklərin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq işlərindən bəhs olunub və “Bakı-2015”ə həsr olunan film nümayiş etdirilib. Filmdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” üzrə hazırlıqlar, Azərbaycanda idman sahəsinin inkişaf etidirilməsi baxımından həyata keçirilmiş işlər barədə məlumat verilir. Davamı

15.04.2015

Ərdoğan Roma Papasının qondarma “erməni soyqırımı” barədə dediklərini cəfəngiyat adlandırıb

erdogan_1_Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı” barədə dediklərini cəfəngiyat adlandırıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Ərdoğan bunu Türkiyə İxracatçılar Məclisinin iclasında çıxışı zamanı deyib. “Hər dəfə siyasətçilər və dini xadimlər tarixçilərin vəzifəsini üzərilərinə götürərkən həqiqət əvəzinə cəfəngiyyat olur. Mən papanın dediklərini pisləyirəm və onu bir daha bu səhvi təkrarlamamağa çağırıram”, – deyə Ərdoğan bildirib.   Davamı

15.04.2015

“Təbəssüm” Gürcüstandan qələbə ilə qayıdıb

08.04.2015“Təbəssüm” Uşaq Musiqili Teatrı Gürcüstanda keçirilən Vaxtanq Cabukiani adına II Beynəlxalq festival-müsabiqədə iştirak edib. Azərbaycanı bu festivalda təmsil edən “Təbəssüm” Turacı və Baskalı rəqsləri ilə I yeri qazanıb. Baskalı rəqsinin quruluşuna görə xoreoqraf Rəşidə Məmmədova 1-ci yere, “Təbəssüm” Uşaq Teatrının müdiri Əminə Musayeva isə ən yaxşı təşkilatçı kimi mükafata layiq görülüb.
Aprelin 3-5-də keçirilən festival-müsabiqə Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstan Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqraf Natalya Diqmelaşvilinin təşkilatçılığı ilə reallaşib. Festivalda Rusiya, Gürcüstan, Türkiyə, Azərbaycan, Hollandiya, Almaniya, Ermənistan və Ukraynadan olan rəqs kollektivləri iştirak edib. FOTOQALEREYA Davamı

8.04.2015

Prezident İlham Əliyev və xanımı Mədinədə Peyğəmbər məscidini ziyarət ediblər

6fd20e546cb7e4ab1463734f29ef7f40Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub. Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər. Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar.

Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qıldılar. Davamı

8.04.2015