Bölmə: Ana səhifə

“Arşın mal alan” tamaşasının Belorusda uğuru

29.03.2015Gunay“Günay” üç diploma layiq görülüb

“Günay” Uşaq Teatrı Azərbaycanı təmsil etdiyi “Şaqi” (”Addımlar”) ІІІ Minsk Beynəlxalq uşaq teatr forumundan qələbə ilə Vətənə qayıdıb. Martın 25-28-də Belorus Respublikasında keçirilən bu nüfuzlu beynəlxalq foruma “Günay” Uşaq Teatrı Minsk şəhər İcra Hakimiyyətinin gənclərlə bağlı ideoliji iş və mədəniyyət üzrə Baş İdarəsi tərəfindən rəsmən dəvət olunmuşdur.

“Günay” Uşaq Teatrı Azərbaycanın teatr sənətini Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası ilə təqdim edib. “Günay”ın tamaşası tamaşaçıları heyrətə gətirib və münsiflər heyəti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycanın kollektivi üç diplomla təltif edilən kollektiv olub. Gənc aktyorlar Vətənə yaradıcılıq təəssüratları, pozitiv emosiyalar, həmçinin qonaqpərvərlik,  dost münasibəti və kollektivin yüksək qiymətləndirilməsinə görə Belorusa  minnətdarlıq hissi ilə qayıdıblar. FOTOQALEREYA Davamı

2.04.2015

31 Mart – Azərbaycanlıların Soyqırımı günüdür

6c000ae967027143bc1ca5684b7eefc4Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 97 il ötür. APA-nın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Davamı

31.03.2015

Türkiyə I Avropa Oyunlarına 20 idman növü üzrə 153 idmançı ilə qatılacaq

a16ec66168d941a49d030acc8719999aAPA-nın Türkiyə Milli Olimpiya Komitəsinə istinadən verdiyi xəbərə görə, artıq bu ölkənin I Avropa Oyunlarına  20 idman növü üzrə iştirak edəcəyi dəqiqləşib. Türkiyə Oyunlarda atıcılıq 4, atletika 1, bədii gimnastika 4,  basketbol 8, veloyarış 6, boks 13, qılıncoynatma 3, güləş 24, karate 11, stolüstü tennis 2, oxatma 2, çimərlik voleybolu 4, sambo 1, sinxron üzgücülük 10,  su polosu 13, triatlion 3, voleybol 24, üzgücülük 12,  cüdo 2,  kanoedə 6 nəfərlə təmsil olunacaq. Oyunlarda iştirak edəcək idmançılardan 63-ü qadın, 90-ı kişidir. Davamı

30.03.2015

Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş festival keçiriləcək

14276409802959445385_750x5006-10 aprel tarixlərində Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı keçiriləcək. BMA-dan APA-ya verilən məlumata görə, Üzeyir Hacıbəylinin anadan olmasının – 130, Bakı Musiqi Akademiyasının – 95 və BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının – 35 illiyinə həsr olunmuşdur.

Festivalın ideya müəllifi və layihənin rəhbəri  BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.

Bəstəkarlıq, xor, fortepiano, vokal, orkestr alətləri, xalq çalğı alətləri nominasiyaları üzrə iştirakçıların ifalarını Azərbaycan musiqi mədəniyyətinin görkəmli ictimai xadimləri – SSRİ və Azərbaycanın xalq artistləri, professorlar Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, Sevda İbrahimova, Gülbacı İmanova, Zəhra Quliyeva, Yusif Axundov, Nəzmiyyə Abbaszadə, Tofiq Aslanov və başqaları qiymətləndirəcəklər. Davamı

30.03.2015

“Qarabağ” məktəbi Kanadada Azərbaycanın bayrağını dalğalandırdı

10959380_442835625881468_5797191502941869306_nArtıq 4 ilə yaxın Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabag” adlı Azərbaycan dili məktəbinin (Karabakh Azerbaijani Language Saturday School in Ottawa) şagird və müəllimləri burada yaşayan həmyerlilərimizlə birgə bu günlərdə Ottava şəhərində Xocalı soyqırımının 23 illiyinə həsr edilmiş etiraz aksiyası keçiriblər. Parlament binası önündə baş tutan aksiyada Xocalı soyqırımından bəhs edən plakat və şəkillərlə yanaşı Azərbaycanın bayrağı dalğalanıb.

“Qarabağ” məktəbi 2011-ci ilin sentyabr ayında Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilmişdir. Burada 4-14 yaş arası uşaqlara ana dilimizin tədrisi ilə yanaşı, xalqımızın adət-ənənələri, tarixi, ədəbiyyatı və dövlətimizin atributları haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, 7 uşaqla fəaliyyətə başlayan məktəbdə artıq 14 nəfər təhsil alır.  FOTOQALEREYA   Davamı

3.03.2015